Cümə günü, 06 noyabr 2026
     

Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

Image


Rusiya ilə Ermənistan arasında siyasi və təhlükəsizlik müstəvisində dərinləşən fikir ayrılıqlarına indi əmlak mübahisələri də əlavə olunur. Moskvanın son açıqlamaları göstərir ki, Nikol Paşinyan iqtidarı Ermənistan ərazisində Rusiyaya məxsus olan şirkətləri və müəssiələri ələ keçirməyə çalışır. Kreml bunu artıq ayrı-ayrı şirkətlər ətrafında yaranan kommersiya problemi kimi deyil, iki ölkə arasında ziddiyyətlərin növbəti istiqaməti kimi qəbul edir. İndi Rusiya Ermənistan hakimiyyəti tərəfindən atılan addımların cavabsız qalmayacağını bildirərək, İrəvanı sərt şəkildə xəbərdar edir.

Bundan başqa, Nikol Paşinyan hökuməti son illərdə qanunsuz əldə edilmiş əmlakın dövlətə qaytarılmasını da əsas məqsədlərindən biri elan edib. Paşinyanın avqust ayında parlamentdə təqdim etdiyi 2026–2031-ci illər hökumət proqramına görə, artıq dövlətə 800 milyon dollardan çox əmlak və vəsait qaytarılıb. Hökumət 2031-ci ilə qədər qanunsuz əldə edilmiş təxminən 2 milyard dollarlıq aktivin dövlətə qaytarılmasını hədəfləyir. Belə aktivlərin müəyyən hissəsini də elə Rusiyanın nəzarətinə, yaxud Moskvaya bağlı olan şəxslərə, qurumlara verilmiş müəssisələr təşkil edir. Ermənistan hakimiyyətinin bu niyyəti artıq Moskvada ciddi narahatlıqla qarşılanır və Kreml, İrəvan sözügedən müstəvidə əməli addımlar atacağı halda, bunun cavabsız qalmayacağını bildirir. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qeyd edir: “Ermənistanda siyasi motivlər əsasında əmlakın yenidən bölüşdürülməsi əlamətləri müşahidə olunur. Ermənistan tərəfi ilə əlaqələrimizdə Rusiya biznesinin Ermənistandakı iş şəraiti mövzusunu mütəmadi olaraq qaldırırıq. Müxtəlif səviyyələrdə bizə daxili investisiyaların təhlükə altında olmadığı barədə zəmanət verilib. Lakin gördüyümüz kimi, bu açıqlamalar həmişə reallıqla üst-üstə düşmür. Qeyd edim ki, Ermənistanda Rusiya iqtisadi operatorlarının maraqlarının pozulması Rusiya tərəfindən müvafiq cavab olmadan baş verməyəcək”. Əmlak məsələsində Rusiya və Ermənistan arasında yaranan başlıca problem həm də “qanunsuz əmlakın qaytarılması” ilə “xarici investisiyaların mənimsənilməsi” arasındakı sərhədin necə müəyyənləşdirilməsidir. İrəvan birinci mövqedən çıxış edir, Moskva isə ikinci təhlükənin yarandığını düşünür. Əgər tərəflər bu fərqi hüquqi mexanizmlərlə həll edə bilməsələr, mübahisə təkcə konkret şirkətlərin taleyinə deyil, Rusiya kapitalının Ermənistandakı bütün aktivlərinə də təsir göstərəcək. Məhz bu da Rusiya üçün qətiyyən qəbuledilməzdir. Onu da qeyd edək ki, Moskvanın əmlakla bağlı narahatlığı ilk növbədə “Ermənistanın Elektrik Şəbəkələri” şirkəti ətrafında baş verənlərdən qaynaqlanır. Şirkət erməni əsilli rusiyalı biznesmen, hazırda Paşinya iqtidarına qarşı əsas müxalif qüvvələrdən birinə rəhbərlik edən Samvel Karapetyana məxsusdur. Ermənistan hakimiyyəti onun fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi və şirkətin milliləşdirilməsi istiqamətində addımlar atıb. İrəvan bu prosesi korrupsiyaya qarşı mübarizə, dövlət maraqlarının qorunması və şirkətin səmərəliliyinin artırılması ilə əsaslandırır. Rusiya tərəfi isə məsələyə daha fərqli prizmadan yanaşır və bunu Rusiya kapitalına qarşı təzyiq kimi qiymətləndirir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Aleksey Şevtsov da bildirir ki, 2025-ci ilin ortalarından bəri Paşinyanın komandası ardıcıl olaraq “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi istiqamətində irəliləyir ki, bu da faktiki olaraq korporativ basqındır. Şevtsov vurğulayıb ki, problem Ermənistandakı az qala bütün Rusiya bizneslərini əhatə edir: “Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Ermənistan hakimiyyəti respublikadakı Rusiya şirkətləri haqqında mənfi məlumatlar yayır ki, onların aktivlərini dəyərdən salsın və sahiblərini onları satmağa məcbur etsin. Moskva İrəvanın Ermənistanda Rusiya mülkiyyətində olan sənaye və infrastruktur şirkətlərini qanunsuz olaraq mənimsəməyə çalışdığına dair əlamətlər görür. Buna nail olmaq üçün həmin şirkətlər haqqında mənfi bir mühit yaradırlar, maliyyə çatışmazlığı, investisiya mühitinə mənfi təsir, ətraf mühitə dəyən ziyan və işçilərin aşağı maaşları barədə məlumat verirlər. Respublika hakimiyyəti belə bir təzyiq altında Rusiya müəssisələrinin nüfuzlarını itirəcəyini və sahiblərinin onlardan qurtulmaqdan başqa çarəsi qalmayacağını gözləyir”. Ermənistanın əksər sənaye sahələri, infrastrukturu və hətta sərhəd nəzarəti Rusiyanın əlindədir. Ermənistanda ölkə iqtisadiyyatının aparıcı sahələrində 100 faiz və ya qismən Rusiya kapitalının iştirakı ilə 40-dan çox iri müəssisə fəaliyyət göstərir. Ölkənin enerji sektorunda fəaliyyət göstərən rus şirkətləri arasında ən əhəmiyyətli rol respublikada təbii qazın nəqli və paylanması sistemlərinin hamısına sahib olan “Gazprom Armenia” şirkətidir. Elektroenergetika sahəsinə aid enerji hasil edən və onun paylaşması və maliyyə məsələləri ilə məşğul olan bütün müəssisələr Rusiyaya məxsusdur. Dəmir yolları da Rusiyanın nəzarətindədir. Ermənistan üçün maraqlı olan məhz ilk növbədə “Cənubi Qafqaz Dəmir Yolu”, “Gazprom Armenia”, elektrik enerjisi sektoru üzərində nəzarəti Rusiyadan geri almaqdır. Rusiya isə buna imkan vermək niyyətində deyil. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib: “Ermənistanda fəaliyyət göstərən Rusiya bizneslərinə qeyri-dost yanaşma və açıq-aşkar ikili standartlar tətbiq olunur. Rusiyanın milyardlarla sərmayə qoyduğu müəssisələrdə və bütöv sənaye sahələrində baş verənləri reyder zəbtindən başqa bir şey kimi təsvir etmək mümkün deyil. Və irəli sürülən arqumentlər açıq şəkildə absurddur. Xüsusilə, söhbət ondan gedir ki, Rusiya Ermənistan dəmir yoluna nəzarəti davam etdirəcəyi təqdirdə, guya İrəvan beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya imkanlarını itirir”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ