Cümə günü, 06 noyabr 2026
     

Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

Image


Ağ Ev Ukraynadakı müharibə başa çatmadan Rusiya ilə iqtisadi və digər sahələrdə ayrıca razılaşmalar əldə etmək imkanını nəzərdən keçirir. Məqsəd iqtisadi əməkdaşlıq perspektivindən Rusiya ilə danışıqlarda əlavə vasitə kimi istifadə etmək və sülh prosesini irəlilətməkdir.

Lakin ABŞ administrasiyasında bu yanaşma ilə bağlı vahid mövqe yoxdur. Bəzi rəsmilər hesab edir ki, müharibə davam etdiyi halda Rusiyaya iqtisadi güzəştlər vəd etmək Moskva üzərində təzyiq imkanlarını azalda bilər. Hər hansı iqtisadi razılaşmanın isə mövcud ABŞ sanksiyaları çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

Digər tərəfdən, ABŞ-da Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi də gündəmdədir. 16 sentyabrda Nümayəndələr Palatası Rusiyaya qarşı genişmiqyaslı sanksiya paketini təsdiqləyib. Kreml isə yeni sanksiyaların sülh danışıqlarını çətinləşdirə biləcəyini bildirir.

Beləliklə, Vaşinqtonun yanaşmasında iki paralel xətt görünür: Rusiyaya iqtisadi və siyasi təzyiqi artırmaq, eyni zamanda müharibənin dayandırılması üçün Moskva ilə gələcək iqtisadi əməkdaşlıq imkanlarını açıq saxlamaq.

Sülh danışıqlarında isə hələ ciddi irəliləyiş əldə olunmayıb. Moskva öz tələblərində israr edir, Kiyev isə Rusiyanın gələcəkdə münaqişəni yenidən başlatmasının qarşısını alacaq təhlükəsizlik zəmanətləri tələb edir. Tramp administrasiyası bu ziddiyyətlər fonunda həm sanksiya mexanizmlərindən, həm də mümkün iqtisadi təşviqlərdən danışıqlar vasitəsi kimi istifadə etməyə çalışır.

ABŞ administrasiyasının Ukraynadakı müharibə başa çatmadan Rusiya ilə ayrıca iqtisadi və digər razılaşmalar imkanını nəzərdən keçirməsi Ukrayna üçün hansı riskləri yarada bilər və Prezident Donald Tramp belə bir yanaşmanın Kiyevin mövqeyinə mənfi təsir göstərə biləcəyini nəzərə alaraq bunu hansı siyasi və geosiyasi məqsədlərlə gündəmə gətirir?

Qeyd edək ki, Qrehemin adı ilə qəbul edilən qanun artıq 18 sentyabr 2026-cı ildə prezident Donald Tramp tərəfindən imzalanıb; qanun Rusiyanın enerji və maliyyə sektorlarına, eləcə də Rusiya nefti alan ölkələrə qarşı əlavə təzyiq mexanizmləri yaradır.

Xaqani Cəfərli: "ABŞ-ın Rusiyaya yönəlik siyasətində yumşalma baş verməsi gözlənilmir"

Xəqani Cəfərli: Azərbaycan hökuməti Rusiya dəyərlərini təbliğ edir

Politoloq Xaqani Cəfərli "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Ukraynada müharibə başa çatmadan ABŞ-ın Rusiya ilə genişmiqyaslı iqtisadi razılaşmalar əldə etməyə hazırlaşması barədə məlumatlara ehtiyatla yanaşmaq lazımdır. Onun sözlərinə görə, belə bir ssenari Vaşinqtonun Rusiyaya qarşı yeni sərtləşdirdiyi sanksiya siyasəti ilə ziddiyyət təşkil edir.

Xaqani Cəfərli qeyd edib ki, ABŞ-da yeni qəbul olunmuş "Lindsey O. Graham Sanctioning Russia and Iran Act of 2026" qanunu Rusiyaya iqtisadi təzyiqin azaldılmasını deyil, əksinə, Moskvanın və onunla iqtisadi əlaqələri davam etdirən ölkələrin üzləşdiyi təzyiqlərin artırılmasını nəzərdə tutur. Qanun sentyabrın 18-də prezident Donald Tramp tərəfindən imzalanıb və Rusiyanın enerji gəlirlərinə, maliyyə sektoruna və sanksiyalardan yayınma mexanizmlərinə qarşı əlavə tədbirlər müəyyənləşdirir. Eyni zamanda prezidentə Rusiya nefti və qazının əsas alıcılarına qarşı yüksək tariflər tətbiq etmək üçün geniş səlahiyyətlər verir.

Politoloqun fikrincə, burada əsas məqam ABŞ-da Rusiyaya münasibətdə müəyyən siyasi fikir ayrılıqlarının mövcud olmasına baxmayaraq, Konqresdə Moskva ilə bağlı daha sərt mövqenin kifayət qədər geniş dəstəyə malik olmasıdır. Qanunun hazırlanması və qəbul edilməsi prosesində həm respublikaçı, həm də demokrat senatorların iştirakı və dəstəyi də bunu göstərir. İyul ayında 60-dan çox senator yeni sanksiya qanunvericiliyinin irəlilədilməsi ilə bağlı razılaşmanı dəstəkləmişdi.

Xaqani Cəfərli hesab edir ki, qarşıdakı Konqres seçkiləri də Vaşinqtonun Rusiya siyasətinin gələcək istiqamətinin müəyyənləşməsində mühüm rol oynaya bilər. Onun fikrincə, seçkilərdən sonra Konqresdə Rusiyaya qarşı təzyiqlərin daha da artırılması ehtimalı kifayət qədər yüksəkdir. Xüsusilə demokratların Konqresdə mövqelərini gücləndirməsi halında bu istiqamətdə daha sərt yanaşmanın tərəfdarlarının sayının arta biləcəyini düşünür.

Bununla belə, ABŞ-ın Rusiya siyasətini yalnız prezident Donald Trampın mövqeyi ilə izah etmək mümkün deyil. Çünki sanksiyalar və xarici siyasət məsələlərində prezident administrasiyası ilə Konqres arasında qarşılıqlı təsir mexanizmləri mövcuddur. Hazırda qüvvəyə minmiş yeni qanun da, prezidentə əlavə imkanlar verməklə yanaşı, Konqresin Rusiyaya qarşı iqtisadi təzyiqi institusional səviyyədə davam etdirmək niyyətini nümayiş etdirir.

Cəfərliyə görə, digər mühüm faktor Rusiyanın Avropa dövlətlərinə qarşı həyata keçirdiyi və Qərb ölkələrinin "hibrid təhdid"ı kimi qiymətləndirdiyi fəaliyyətlərdir. Onun fikrincə, Rusiyanın NATO üzvü olan Avropa ölkələrinə qarşı yeni addımları Vaşinqtonun Moskva siyasətinin yumşalmasına deyil, əksinə, sərtləşməsinə səbəb ola bilər. Politoloq hesab edir ki, Rusiyanın növbəti ciddi avantürası ABŞ-ı daha sərt tədbirlər görməyə vadar edə bilər.

Ekspertin fikrincə, Ukraynada müharibə başa çatmadan ABŞ administrasiyası ilə Rusiya arasında hər hansı iqtisadi razılaşmanın əldə olunması halında bunun Ukraynanın maraqlarına mənfi təsir göstərməsi ehtimalı var. Çünki belə bir razılaşma Moskvanın iqtisadi təzyiqdən çıxış imkanlarını genişləndirə və Ukraynanın danışıqlardakı mövqeyinə təsir göstərə bilər.

Lakin Cəfərli belə bir ssenarinin hazırkı mərhələdə yaxın perspektiv üçün real görünmədiyini düşünür. Onun sözlərinə görə, ABŞ administrasiyasının Rusiya ilə hər hansı iqtisadi anlaşmaya getməsi halında belə, bunun yalnız Ağ Evdən asılı olmayacağı nəzərə alınmalıdır. ABŞ siyasi sistemində Konqresin rolu xüsusilə böyükdür və Rusiyaya qarşı sanksiyalar məsələsində formalaşmış ikipartiyalı mövqe mümkün razılaşmaların qarşısında ciddi siyasi və hüquqi məhdudiyyət yaradır.

Nəticə etibarilə, Vaşinqton-Moskva münasibətlərində diplomatik təmasların və müəyyən iqtisadi maraqların mövcudluğu mümkün olsa da, Ukraynada müharibə davam etdiyi müddətdə ABŞ-ın Rusiyaya qarşı ümumi iqtisadi təzyiq siyasətindən sürətlə geri çəkilməsi hazırkı qanunvericilik və siyasi mənzərə fonunda çətin görünür. Yeni sanksiya qanununun məhz müharibə davam etdiyi bir vaxtda qüvvəyə minməsi də ABŞ-ın Rusiya siyasətində əsas istiqamətin hələlik dəyişmədiyini göstərən mühüm faktorlardan biridir.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ