ABŞ İran aviaşirkətlərinə uçuşlara, bilet satmağa və ya yanacaq tədarükünə icazə verən ölkələri hədələyib. ABŞ maliyyə naziri Skott Bessent mətbuata verdiyi açıqlamada ABŞ sanksiyaları səbəbindən İran aviaşirkətlərinin iki gün ərzində dünya miqyasında fəaliyyət göstərməkdə çətinlik çəkəcəyini bildirib
"Bütün İran aviaşirkətləri dünya miqyasında fəaliyyətini dayandıracaq" - deyə Bessent bildirib.
İran aviaşirkətlərinin uçuşlarına icazə verən ölkələri hədəf alan Bessent deyib: "Əgər onlar sizin ölkənizdə eniş etsələr, siz onları yanacaqla təmin edə bilməzsiniz, eniş xidmətləri təklif edə bilməzsiniz, onlara bilet sata bilməzsiniz, əks halda dollar sistemindən çıxarılacaqsınız".
Sentyabrın 8-də ABŞ, dünya miqyasında uçuşlar həyata keçirməyə davam edən 27 İran aviaşirkətinin fəaliyyətini "dayandırmaq" məqsədi daşıyan bir sıra sanksiyalar elan edib.
Tahir TAĞIYEV