Pentaqon təcili olaraq sentyabrın 23-nə təyin edilmiş Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışla görüşün vaxtının dəyişdirilməsini xahiş edib.
Polşa Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında sentyabrın 21-də dərc edilmiş məlumatda deyilir: "Bildirmək istəyirik ki, Amerika tərəfinin təcili xahişi ilə əlaqədar olaraq, müdafiə naziri Vladislav Kosinyak-Kamışın çərşənbə gününə planlaşdırılan Pentaqona səfəri daha sonrakı tarixdə baş tutacaq". Qeyd olunub ki, Polşanın müdafiə nazirinin müavinləri Pavel Zalevski və Maqdalena Sobkoviak-Çarneçka əvvəlcədən nəzərdə tutulmuş vaxtda ABŞ-a səfər edəcəklər. Nazirlik bildirib ki, Vaşinqtonun xahişi və NATO-nun Beynəlxalq Hərbi Qərargahının iclası nəzərə alınmaqla, "Alyans ölkələrinin təhlükəsizliyi ilə bağlı təcili olaraq yeni addımlar atmaq" zərurəti yaranıb. Xəbərdə o da bildirilir ki, Kosinyak-Kamış və Pentaqon rəhbəri Pit Heqsetin Polşada yeni daimi ABŞ hərbi bazası ilə bağlı danışıqlar aparması planlaşdırılmışdı.
Təxirə salınmanın səbəbi açıqlanmır.
SAMİRƏ