ABŞ prezidenti Donald Tramp bazar günü telefon danışığı zamanı Ukrayna lideri Zelenskini Rusiyadakı neft emalı zavodlarına hücum etməməyə çağırıb.
"Bazar günü telefon danışığı zamanı Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini Rusiya neft emalı zavodlarına hücumları dayandırmağa çağırıb, çünki bu cür hücumlar qlobal dizel çatışmazlığını daha da artıracaq və qiymətlərin yüksəlməsinə səbəb olacaq", - deyə “Financial Times” mənbələrə istinadən bildirir.
Nəşr həmçinin adı açıqlanmayan Ukrayna rəsmisinə istinadən Trampın əsas söhbət mövzusunun "dizel, dizel və daha çox dizel" olduğunu bildirib.
Tahir TAĞIYEV