çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

Image


Türkiyə və Azərbaycan son 30 ildə neft və təbii qaz sahəsində formalaşdırdıqları əməkdaşlığı indi elektrik enerjisinə yönəlmiş layihələrlə gücləndirməyə çalışırlar. Ən mühüm layihə Mərkəzi Asiya və Xəzər regionunda istehsal olunan bərpaolunan enerjinin Türkiyə və Qara dəniz vasitəsilə elektrik enerjisi şəklində Avropaya çatdırılmasıdır. Aİ-nin dəstəklədiyi bu layihə vasitəsilə Avropa ölkələrinin Rusiya təbii qazından asılılığının azaldılması nəzərdə tutulur.

Türkiyə ilə Azərbaycan arasında 1990-cı illərin əvvəllərindən etibarən inkişaf etdirilən enerji əməkdaşlığı transformasiya mərhələsinə daxil olub. Dünyanın önəmli neft və təbii qaz istehsalçıları arasında yer alan Azərbaycan yeraltı sərvətlərini Türkiyə ərazisindən keçən boru kəmərləri vasitəsilə dünya bazarlarına çatdırır. Bu əməkdaşlıq çərçivəsində 2006-cı ildən fəaliyyət göstərən Bakı-Tiflis-Ceyhan neft kəməri gündə orta hesabla 600 min barel Azərbaycan neftini nəql edir. Bakı-Tiflis-Ərzurum təbii qaz kəməri isə həm Türkiyənin daxili istehlakı üçün zəruri olan təbii qazı daşıyır, həm də Avropaya 10 milyard kubmetr qaz nəql edən Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) əsasını təşkil edir. Türkiyə, eyni zamanda, Azərbaycan təbii qazını Yunanıstan, Albaniya və İtaliyaya daşıyan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində də Bakı ilə əməkdaşlığını davam etdirir. Azərbaycan Avropada 13 ölkəyə təbii qaz satır və qitəyə boru kəmərləri ilə nəql olunan təbii qazın 8 faizini təmin edir. Mövcud boru kəmərlərinə investisiyaların qoyulması və ötürmə gücünün artırılması ilə bu göstəricinin yüksəldilməsi nəzərdə tutulub. Türkiyə də, xüsusilə Bakı-Tiflis-Ceyhan kəmərinin gündəlik 1 milyon barel olan ötürmə gücündən tam istifadə edilməsini və Bakı-Tiflis-Ərzurum kəmərinə daha çox təbii qaz vurulmasını istəyir. Türkiyə ilə Azərbaycan arasında son dövrdə aparılan danışıqlarda müzakirə olunan məsələlər elektrik enerjisinə yönəlmiş yeni əməkdaşlığa işarə edir. Energetika naziri Alparslan Bayraktar və xarici işlər naziri Hakan Fidanın son bir həftə ərzində Azərbaycana etdikləri səfərlər zamanı da bu məsələ ön plana çıxıb. Sentyabrın 11-də Bakıda keçirilən Türkiyə-Azərbaycan 5-ci Enerji Forumuna Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birlikdə sədrlik edən Bayraktar "elektrik dövrü" adlandırdığı yeni mərhələdə Ankara-Bakı əməkdaşlığının da buna uyğun şəkildə transformasiya olunmalı olduğunu bildirib.

Fidan isə həm Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, həm də prezident İlham Əliyevlə görüşündə yeni layihələrin gündəmə gəldiyini söyləyib. Bayramov birgə mətbuat konfransında deyib: "Yeni, çox böyük perspektivə və böyük potensiala malik, qarşıdakı onillikləri əhatə edən layihələr var. Bunlar üzərində Türkiyə ilə Azərbaycan arasında çox koordinasiyalı şəkildə iş aparılır". Azərbaycanlı nazirin bəhs etdiyi ən mühüm layihə Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə Avropaya uzanan yeni enerji kabelinin çəkilməsini nəzərdə tutur. Dörd ölkəni əhatə edən və "yaşıl enerji dəhlizi" adlandırılan layihə, başda Azərbaycan və Orta Asiya ölkələri olmaqla, Xəzər hövzəsində külək və Günəş enerjisindən əldə ediləcək elektrik enerjisinin kabellər vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur. Azərbaycan Qazaxıstan və Özbəkistanla son dövrdə imzaladığı sazişlər sayəsində regionun alternativ enerji mənbələri ilə istehsal olunan elektrik enerjisinin ixracında yaxın illərdə kritik rol oynamağa hazırlaşır. Aİ-nin bu məsələyə marağı və dəstəyi prosesin praktiki inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə çatdırılacaq yüksək gərginlikli elektrik enerjisinin Bolqarıstana, oradan isə daha sonra Avropa ölkələrinə nəqlini nəzərdə tutan layihə ilə bağlı sazişin oktyabrın sonunda Antalyada keçiriləcək COP31 İqlim Konfransı zamanı imzalanmasının planlaşdırıldığı bildirilir. Layihənin ilk mərhələsində Türkiyənin Gürcüstan və Bolqarıstan arasında mövcud olan elektrik ötürmə şəbəkələri sistemlərindən istifadə etməsi, daha sonra isə bu xətlərin yüksək gərginlikli elektrik enerjisinin ötürülməsinə uyğun şəkildə yenilənməsi planlaşdırılır. Xərclərin necə qarşılanacağı və digər təfərrüatların yekun saziş əldə olunduqdan sonra dəqiqləşəcəyi gözlənilir. Digər mühüm layihə Azərbaycanın Gürcüstan üzərindən və Qara dənizin dibi ilə çəkiləcək kabellər vasitəsilə Avropaya elektrik enerjisi ixracını nəzərdə tutur. Azərbaycan 2022-ci ildə Gürcüstan, Rumıniya və Macarıstanla bu layihənin əsasını qoyan saziş imzalayıb. Ankara ilə Bakı arasında son dövrdə aparılan danışıqlarda Türkiyənin də bu layihəyə qoşulması istiqamətində irəliləyiş əldə olunduğu bildirilir. Aİ-nin Qlobal Keçid təşəbbüsünün bir hissəsi olan bu layihənin 2029-cu ildə başa çatdırılması gözlənilir. Layihəyə Avropa Komissiyası tərəfindən 2,3 milyard avro həcmində investisiya ayrılması da nəzərdə tutulur. Uzunluğu 1200 kilometr olması planlaşdırılan kabel istifadəyə verildiyi təqdirdə dünyanın ən uzun dənizaltı enerji kabeli olacaq. Aİ Asiyanı Mərkəzi Asiya və Xəzər regionu vasitəsilə Avropa ilə birləşdirəcək Orta Dəhliz layihəsinə böyük əhəmiyyət verir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen "Birliyin Vəziyyəti" çıxışında Orta Dəhliz üçün 12 milyard avroluq investisiya planlaşdırdıqlarını bildirib. Aİ Azərbaycanın vasitəçiliyi ilə Xəzər hövzəsinin enerji resurslarının Avropaya daha çox nəql edilməsini və bununla da Rusiyanın təbii qazından asılılığın tamamilə aradan qaldırılması nəzərdə tutulur. Layihənin qarşısındakı ən böyük maneə Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin Qara dənizi də əhatə edəcək şəkildə genişlənməsi və mülki, eləcə də ticarət gəmilərinin hədəfə alınmasıdır. Qeyd olunur ki, sualtı kabelin Krımın cənubundan çəkilməsi mühüm risk yaradır. Türkiyə uzun müddətdir ki, Rusiya və Ukraynanı Qara dənizdə moratorium tətbiq etməyə çağırır və tərəflərdən bölgədə sabitliyi, iqtisadi fəaliyyəti və nəqliyyat daşımalarını poza biləcək addımlardan çəkinməyi istəyir. Xarici işlər naziri Fidanın bu istiqamətdə son çağırışını sentyabrın 15-də Bakıda səsləndirməsi diqqət çəkən məqamlardan biri olub. Son aylarda Qara dənizdə mülki gəmilərə qarşı hücumların artmasının insan həyatı, əmlak, gəmiçilik və ətraf mühitin təhlükəsizliyinə ciddi zərər vurduğunu bildirən Fidan deyib: "Müharibənin Qara dənizə də yayılması və vətəndaşlarımızın həyatını, şirkətlərimizin fəaliyyətini təhdid etməsi qəbul edilə biləcək vəziyyət deyil". Fidan bildirib ki, Türkiyə bu məsələ ilə bağlı mesajlarını hər iki tərəfə çatdırıb. Ankara Kiyev və Moskvanı Qara dənizdə hücumları dayandırmağa və yeni taxıl dəhlizi təşəbbüsünə başlamağa çağırsa da, bu məsələdə Rusiyadan müsbət cavab ala bilməyib. Türkiyə və Azərbaycanın üzərində işlədiyi digər layihələrdən biri Naxçıvan-Türkiyə Elektrik Ötürmə xəttidir. Bu, Azərbaycanın Ermənistanla 2025-ci ilin avqustunda Vaşinqtonda əldə etdiyi razılaşma çərçivəsində coğrafi baxımdan birbaşa əlaqəsi olmayan Naxçıvan Muxtar Respublikasına uzanacaq nəqliyyat və enerji xətti layihəsinin davamı kimi qiymətləndirilir. Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan və Zəngəzur dəhlizi kimi də tanınan "Tramp Beynəlxalq Sülh və Rifah Yolu" Azərbaycanla Naxçıvanı Ermənistan ərazisindən keçməklə birləşdirən mühüm regional əlaqə layihəsi hesab olunur. Azərbaycanın bu xətt vasitəsilə Naxçıvana göndərəcəyi elektrik enerjisinin Muxtar Respublika ilə Türkiyə arasında yeni xətlər çəkildikdən sonra Türkiyə bazarına da ötürülməsi planlaşdırılır. Azərbaycan öz ərazisində infrastruktur işlərinə başlayıb. Lakin TRIPP layihəsinin həyata keçirilməsi üçün texniki işlərin hələ də davam etdiyi bildirilir. Türkiyə Naxçıvan və TRIPP vasitəsilə birbaşa Azərbaycanla əlaqə qurmağı və bununla da Mərkəzi Asiya ilə Orta Dəhliz arasında əlaqənin tamamlanmasını mühüm strateji addım kimi qiymətləndirir. Bu marşrut tam fəaliyyətə başlayandan sonra Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında daha geniş əməkdaşlığın formalaşacağı da gözlənilir. Türkiyənin oktyabrın 29-30-da ev sahibliyi edəcəyi TDT Zirvəsinin əsas müzakirə mövzularından biri də əlaqələrin konkret layihələr vasitəsilə gücləndirilməsidir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

22.09.2026 / 17:59
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:48
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:47
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

22.09.2026 / 13:03
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

22.09.2026 / 12:48
Prezident: "Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır"

22.09.2026 / 12:45
"Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir" - Prezident

22.09.2026 / 12:38
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

22.09.2026 / 12:37
“Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”

22.09.2026 / 12:22
Yasamal rayonunda 21 Sentybar-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Ağ göyərçinin izi ilə” adlı rəsm sərgisi keçirilib

22.09.2026 / 12:01
Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - FOTO/YENİLƏNDİ

22.09.2026 / 11:55
"Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir" - Nazirlik rəsmisi

22.09.2026 / 11:28
Ukrayna “Rosneft”in Samaradakı neft emalı zavodunu ikinci dəfə bombaladı...

22.09.2026 / 11:11
Bakı Bulvarının bir hissəsinə giriş məhdudlaşdırılır...

22.09.2026 / 10:57
Türkiyədə orta məktəbə silahlı hücum - səkkiz şagird yaralandı...

22.09.2026 / 10:46
ABŞ-ın yeni Hörmüz planı - Körfəz ölkələrindən milyardlarla dollar pul istədi...

22.09.2026 / 10:23
Azərbaycan nefti ucuzlaşdı - 116 dollar...

22.09.2026 / 10:06
Bakı ilə Berlin arasında YENİ MƏRHƏLƏ: Siyasi maneələr aşılacaqmı?

22.09.2026 / 09:51
İrandan ABŞ və İsrailə müharibə xəbərdarlığı - cavabımız dağıdıcı və qəti olacaq...

22.09.2026 / 09:38
Bakıda bəzi məktəblər distant təhsilə keçdi

22.09.2026 / 09:30
QAİ indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üçün işçi qrup yaratdı...

22.09.2026 / 09:04
Nərimanovda mopeddən 490 manatlıq oğurluq edən şəxs saxlandı

22.09.2026 / 08:29
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı

22.09.2026 / 08:02
İngiltərənin daha bir şəhəri qaçqınlara qarşı ayağa qalxdı - referendum baş tutsa, əhalinin 90 faizi “yox” deyəcək…

22.09.2026 / 07:17
Burnham Səudiyyəni husilərdən qoruyacaq - Baş nazir Kral Hərbi Hava Qüvvələrini səfərbər edir…

22.09.2026 / 06:59
Tramp özünə tənqidsiz-şərhsiz 24 saatlıq telekanal yaratdı - azad medianı isə “demokratiya üçün təhlükə” adlandırdı

22.09.2026 / 06:50
Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyi bəyanat yaydı

22.09.2026 / 06:40
Atatürk Universiteti məzunlarını Bakıda bir araya gətirir

22.09.2026 / 06:30
Putin G20-lərin sammitində iştirak etməyəcək - Cinə isə gedəcək…

22.09.2026 / 06:01
Pentaqonun Polşada hərbi baza açmaq planı ertələndi

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ