Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasını dəstəklədiyini bildirib.
Ərdoğan, Türkiyənin Cənubi Qafqazdakı vəziyyətlə bağlı mövqeyinin aydın olduğunu deyib.
"Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq. Prezident İlham Əliyevin və Baş nazir Paşinyanın həll yolu tapmaq əzmini yüksək qiymətləndirir və dəstəkləyirik", - deyə Türkiyə lideri bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdirmək niyyətindədir.
Tahir TAĞIYEV