çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

Image


Rusiya və Ermənistan arasında 102-ci bazanın taleyi ilə bağlı müzakirələr bitməmiş İrəvan Kremldə heç də xoş qarşılanmayan daha bir məsələni gündəmə gətirir. Söhbət Ermənistanın Türkiyə və İranla sərhədlərinin qoruyan Rusiya sərhədçilərinin ölkədən çıxarılmasından gedir. Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdıran, İranla heç bir problem yaşamayan Ermənistan rus sərhədçilərinin xidmətinə ehtiyac duymadığını bildirir. Rusiya isə ötən əsrin son dekadasından bu ölkənin sərhədlərini qoruyan qüvvələrinin də Ermənistandan çıxarılması cəhdlərini İrəvanın Moskvaya qarşı növbəti xəyanəti hesab edir. Beləliklə, görünən odur ki, Rusiya və Ermənistan arasında mövcud gərginliyə sərhəd qüvvələri məsələsi də əlavə olunacaq.

Ermənistanda fəaliyyət göstərən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin sərhədçilərinin ölkə ərazisindən çıxarılması, əslində, xeyli müddətdir ki, Nikol Paşinyan hakimiyyətinin gündəmində yer alır. Sadəcə, iki ölkə arasında gərginləşən münasibətlər, Ermənistanın üzünü Avropaya sarı tutması bu prosesi indi daha da sürətləndirib. Düzdür, Ermənistanın Baş naziri bildirib ki, Rusiya sərhədçilərinin ölkənin dövlət sərhədində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə əvəz edilməsi prosesi Avropa İttifaqı ilə həyata keçirilən viza liberallaşdırılması şərtlərindən irəli gəlmir. Onun sözlərinə görə, rus sərhədçilərin əvəzlənməsi prosesinə viza liberallaşdırılmasından çox əvvəl başlanıb. Paşinyanın yanaşmasına görə, ölkə sərhədlərinin Ermənistan sərhədçiləri tərəfindən qorunması suverenliyin vacib atributlarından biridir. Amma Ermənistanda heç də hamı Paşinyanın mövqeyi ilə razılaşmır. Ermənistanlı hərbi ekspert Hayk Nahapetyan qeyd edir: “Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması o deməkdir ki, Türkiyə artıq 1920-ci ildən bəri Ermənistanla delimitasiya olunmuş sərhədə malik olduğunu iddia edəcək. Yəni Rusiya sərhədçilərinin geri çəkilməsi Ermənistanın sərhədlərinin 9800 kvadrat kilometrə qədər azalması demək olardı. Rusiya sərhədçilərinın çıxarılması 1921-ci il Moskva və Qars müqavilələrinin ləğvi anlamına gəlir. Sovet İttifaqı ilə Türkiyə arasında sərhəd ilkin olaraq məhz bu müqavilələr əsasında çəkilib. Ruslar geri çəkildikdən sonra Türkiyə tamamilə qanuni əsaslarla Ermənistana iki ölkə arasında mövcud olmayan delimitasiya və demarkasiya olunmuş sərhədə ehtiyacı olduğunu bildirəcək”. Nahapetyanın sözlərinə görə, belə bir halda Türkiyə Ermənistanın 2 dekabr 1920-ci il tarixli Aleksandropol müqaviləsinə qayıtmasını təklif edə bilər. Bu müqavilə Ermənistan-Türkiyə müharibəsinə son qoydu və Ermənistanın ərazisi həmin dövr üçün təxminən 9.800 kvadrat kilometr təşkil edirdi. Onu da qeyd edək ki, Ermənistanla Türkiyə arasında 345 km və İran arasında 45 km uzanan sərhəd təhlükəsizliyi sistemi Sovet dövründən bəri mövcuddur. Rusiya sərhədçilərinin respublikada mövcudluğu 1992-ci il sentyabrın 30-da İrəvanda imzalanmış “Ermənistandakı Rusiya sərhəd qoşunlarının statusu haqqında” dövlətlərarası müqaviləyə əsaslanır. Keçən ilə qədər Ermənistandakı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin Sərhəd İdarəsi Gümrü, Armavir, Artaşat və Mehridə dörd sərhəd dəstəsindən, eləcə də İrəvandakı Zvartnots Beynəlxalq Hava Limanında ayrıca nəzarət məntəqəsindən ibarət idi. 31 iyul 2024-cü ildə Rusiya sərhədçiləri paytaxt hava limanında fəaliyyətini dayandırdı. Daha sonra Rusiya sərhədçiləri Ermənistanın İran və Türkiyə ilə sərhədindəki sərhəd keçid məntəqələrindən çıxarılblar. Hazırda Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədləri boyunca mövcudluğunu davam etdirir. Bundan öncə isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan etmişdi ki, İrəvan və Ankara arasında etibarlı münasibətlər qurulacağı təqdirdə, respublika Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən geri çəkilməsi məsələsini nəzərdən keçirməyə hazırdır. Artıq bu proses baş verir. “Güclü Ermənistan” fraksiyasından parlament üzvü Edqar Kazaryan bildirir: “Rusiya sərhəd qoşunlarının Ermənistan-Türkiyə sərhədindən çıxarılması sərhədin qanuni olaraq mövcudluğunu dayandırması deməkdir. Rusiyanın Ermənistanda iki əsas hərbi mövcudluğu var: 102-ci Rusiya Hərbi Bazası və Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları. Ermənistanın dövlət sərhədi ilə bağlı Türkiyə ilə ayrıca müqaviləsi olmadığı üçün, Rusiya sərhəd qoşunları Ermənistan-Türkiyə sərhədindən geri çəkilərsə, hüquqi cəhətdən sərhədin mövcudluğuna son qoyulacaq. Amma düşünürəm ki, bu, Paşinyanın əsas məqsədlərindən biridir”. Rusiya sərhədçilərinin ölkədən çıxarılması Moskvanın Ermənistanın təhlükəsizliyinin təmin edilməsində rolunun azalmasının daha bir göstəricisi kimi qiymətləndirilir. Rusiya sərhədçilərinin Ermənistandan tam çıxarılması İrəvanın xarici siyasətində, o cümlədən qonşuları ilə münasibətdə daha sərbəst siyasət yürütməsinə imkan verəcək. Daha bir mühüm nüans isə Rusiya sərhədçilərinin çıxarılmasının TRIPP layihəsinin həyata keçirilməsi ilə üst-üstə düşməsidir. Bəzi ekspert dairələrində belə bir fikir hökm sürür ki, Rusiya sərhədçiləri TRIPP layihəsinin həyata keçməsinə maneə yarada bilər. Məsələn, APRI Ermənistan tədqiqat mərkəzinin tədqiqatçısı Sergey Melkonyan bildirib ki, Rusiya tərəfi layihənin onun iştirakı olmadan həyata keçirilməsinin mümkünsüzlüyündən danışır. Ekspertə görə, Rusiya sərhəd qoşunlarını sərhədin TRIPP keçən hissəsindən mümkün qədər tez çıxarmaqdan imtina edə bilər.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

22.09.2026 / 17:59
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:48
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:47
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

22.09.2026 / 13:03
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

22.09.2026 / 12:48
Prezident: "Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır"

22.09.2026 / 12:45
"Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir" - Prezident

22.09.2026 / 12:38
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

22.09.2026 / 12:37
“Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”

22.09.2026 / 12:22
Yasamal rayonunda 21 Sentybar-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Ağ göyərçinin izi ilə” adlı rəsm sərgisi keçirilib

22.09.2026 / 12:01
Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - FOTO/YENİLƏNDİ

22.09.2026 / 11:55
"Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir" - Nazirlik rəsmisi

22.09.2026 / 11:28
Ukrayna “Rosneft”in Samaradakı neft emalı zavodunu ikinci dəfə bombaladı...

22.09.2026 / 11:11
Bakı Bulvarının bir hissəsinə giriş məhdudlaşdırılır...

22.09.2026 / 10:57
Türkiyədə orta məktəbə silahlı hücum - səkkiz şagird yaralandı...

22.09.2026 / 10:46
ABŞ-ın yeni Hörmüz planı - Körfəz ölkələrindən milyardlarla dollar pul istədi...

22.09.2026 / 10:23
Azərbaycan nefti ucuzlaşdı - 116 dollar...

22.09.2026 / 10:06
Bakı ilə Berlin arasında YENİ MƏRHƏLƏ: Siyasi maneələr aşılacaqmı?

22.09.2026 / 09:51
İrandan ABŞ və İsrailə müharibə xəbərdarlığı - cavabımız dağıdıcı və qəti olacaq...

22.09.2026 / 09:38
Bakıda bəzi məktəblər distant təhsilə keçdi

22.09.2026 / 09:30
QAİ indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üçün işçi qrup yaratdı...

22.09.2026 / 09:04
Nərimanovda mopeddən 490 manatlıq oğurluq edən şəxs saxlandı

22.09.2026 / 08:29
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı

22.09.2026 / 08:02
İngiltərənin daha bir şəhəri qaçqınlara qarşı ayağa qalxdı - referendum baş tutsa, əhalinin 90 faizi “yox” deyəcək…

22.09.2026 / 07:17
Burnham Səudiyyəni husilərdən qoruyacaq - Baş nazir Kral Hərbi Hava Qüvvələrini səfərbər edir…

22.09.2026 / 06:59
Tramp özünə tənqidsiz-şərhsiz 24 saatlıq telekanal yaratdı - azad medianı isə “demokratiya üçün təhlükə” adlandırdı

22.09.2026 / 06:50
Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyi bəyanat yaydı

22.09.2026 / 06:40
Atatürk Universiteti məzunlarını Bakıda bir araya gətirir

22.09.2026 / 06:30
Putin G20-lərin sammitində iştirak etməyəcək - Cinə isə gedəcək…

22.09.2026 / 06:01
Pentaqonun Polşada hərbi baza açmaq planı ertələndi

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ