Pentaqonun rəsmi məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb.
ABŞ ordusunun son statistika yeniləməsindən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb. Lakin hərbçinin şəxsiyyəti rəsmi olaraq açıqlanmayıb.
Adının çəkilməsini istəməyən Pentaqon rəsmisi "Washington Post" qəzetinə verdiyi açıqlamada ölən şəxsin qadın zabit olduğunu bildirib. O, Yaxın Şərqə uçuş zamanı təcili tibbi yardıma ehtiyacı olduğunu, lakin həyatının xilas edilməsinin mümkün olmadığını bildirib.
Tahir TAĞIYEV