Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı İsrail nümayəndə heyəti yerlərindən qalxaraq zalı tərk edib.
Ərdoğan ənənəvi olaraq İsrailin Qəzzada hərəkətlərinə qarşı sərt mövqe tutub. O, 2025-ci ildə Baş Assambleyanın 80-ci sessiyasındakı çıxışında İsrailin Qəzzada hərəkətlərini kəskin tənqid etmiş və müharibəyə son qoyulmasının vacibliyindən danışmışdır.
ABŞ prezidenti Donald Trampın da çıxışı zamanı milli nümayəndə heyətlərindən biri Baş Assambleya zalını tərk edib. Belə ki, Amerika liderinin adadakı vəziyyətlə bağlı açıqlamalarından sonra Kuba nümayəndələri zalı tərk edib.
Trampın çıxışı zamanı İran nümayəndə heyətini tək bir diplomatın təmsil etməsi də diqqət çəkib.
Tahir TAĞIYEV