Prezident Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Endi Bernhemlə söhbəti zamanı bildirib ki, kəşfiyyat məlumatları Rusiyanın Ukraynaya qarşı daha bir genişmiqyaslı hücuma hazırlaşdığını göstərir.
"Kəşfiyyatımız indi Rusiyanın Ukraynaya qarşı yeni kütləvi hücum hazırladığını bildirir" – deyə Zelenski sosial mediada bildirib.
Zelenski həmçinin bildirib ki, o, Bernhemlə "təhlükəsizliklə bağlı hər şeyi" , ukraynalıların qorunmasını, qışa hazırlıqları və mövcud diplomatik imkanları ətraflı müzakirə edib. O əlavə edib ki, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün əlavə vasitələr tapmaq barədə tərəfdaşlarla "daimi ünsiyyət" mövcuddur.
Tahir TAĞIYEV