Suriya prezidenti Əhməd əl-Şaranın Nyu-York şəhərində Atlantik Şurasının panelində etdiyi çıxış müzakirə mövzusuna çevrilib.
Şara bildirib ki, Qolan təpələri Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan Suriya ərazisidir. Şara, ABŞ prezidenti Donald Trampın Qolan üzərində İsrail suverenliyini tanıması ilə bağlı suala cavab olaraq Ağ Evdə görüş zamanı Trampa dediyi sözləri bölüşüb: "Niyə Nyu-Cersini israillilərə vermirsiniz? Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir".
Şara, 1946-cı ildə müstəqillik qazandıqdan bəri, ötən ilin noyabr ayında Ağ Evi ziyarət edən ilk Suriya dövlət başçısı olub. Suriya lideri, Vaşinqtonun Sezar sanksiyalarını ləğv etməsindən qısa müddət əvvəl, 2025-ci ilin may ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Trampla da görüşmüşdü.
Tahir TAĞIYEV