“Hazırda regional əlaqəni tam təmin edəcək TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetiririk. TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni bir dövrün başlanğıcını qoyacaq, çünki ilk növbədə Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq”, - deyə Paşinyan bildirib.
"İnterfaks"ın verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da keçirilən illik Konkordiya sammitində panel müzakirəsi zamanı bildirib.
O, həmçinin Ermənistanın Türkiyə ilə sərhədinin və bunun bir hissəsi olaraq dəmir yolu əlaqəsinin açılmasını səbirsizliklə gözlədiyini vurğulayıb.
“Bu, beynəlxalq logistikanı da ümumilikdə dəyişdirəcək, çünki beynəlxalq ictimaiyyət Şərq və Qərb arasında yeni bir marşruta sahib olacaq”, - deyən Ermənistanın baş naziri əlavə edib ki, Ermənistan hökumətinin “Dünyanın Kəsişmə Yolları” layihəsi də bu şəkildə həyata keçiriləcək.
Tahir TAĞIYEV