Bu gün Nyu-Yorkda TRIPP layihəsinə həsr olunmuş tədbir keçiriləcək. Vaşinqton tədbirdə Trans-Xəzər Sahibkarlıq Fondunun yaradılmasını elan etmək niyyətindədir. Bu barədə Azadlıq Radiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu özünün Facebook səhifəsində məlumat verib.
"Amerika Birləşmiş Ştatları sabah (bu gün) TRIPP-in institusional inkişafında növbəti addımla eyni vaxtda Trans-Xəzər Sahibkarlıq Fondunun yaradılmasını elan etmək niyyətindədir. Tədbirdə 40-dan çox şirkətin, eləcə də Ermənistan, Azərbaycan və Orta Asiya ölkələrindən - C5-dən nümayəndələrin iştirakı gözlənilir" – deyə Raufoğlu yazıb.
Qeyd edək ki, Trans-Xəzər Sahibkarlıq Fondu fondun rəsmi hüquqi adıdır və daha çox TRIPP+ kimi tanınır.
Tahir TAĞIYEV