ABŞ Dövlət Departamentinin dərc etdiyi cədvələ əsasən, ABŞ Dövlət katibi Marko Rubio bu gün Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.
Görüş BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində yerli vaxtla saat 9:00-da baş tutacaq.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlarının lap əvvəlində akkreditə olunmuş jurnalistlər qrupu tərəfindən protokol foto və video çəkilişlərinin aparılması planlaşdırılır.
Tahir TAĞIYEV