Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru və bu ölkənin Arktika Şurasındakı yüksək vəzifəli rəsmisi Vladislav Maslennikov bildirib ki, Moskva Ermənistan vətəndaşlarının hazırda cəlb olunduğu Avropa inteqrasiyası macərasının təhlükələrini obyektiv şəkildə qiymətləndirə biləcəklərinə inanmaq istəyir.
"Ölkənin inkişaf vektoru ilə bağlı son qərar Ermənistan vətəndaşlarının ixtiyarındadır. Buna görə də ümid edirəm ki, onlar hazırda cəlb olunduqları "Avropa inteqrasiyası" macərasının təhlükələrini obyektiv şəkildə qiymətləndirə biləcəklər" – deyə Maslennikov bildirib.
Qeyd edək ki, 2025-ci ilin mart ayında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına qəbul prosesinə başlayan qanun qəbul edib. Rusiya tərəfi isə həm Aİ, həm də AİB ilə gömrük ittifaqında olmağın mümkün olmadığını bildirir.
Tahir TAĞIYEV