Ankara bələdiyyəsinin sədri Mansur Yavaş müxalifətdəki Cümhuriyyət Xalq Partiyasından (CHP) çıxdığını və müstəqil siyasətçi kimi siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu açıqlayıb.
"Əvvəllər bildirmişdim ki, partiya daxilində məndən və ya tutduğum vəzifədən narazılıq olarsa, lazım olanı edəcəyəm. Verdiyim müəyyən açıqlamalara görə Cümhuriyyət Xalq Partiyasından ayrılır və müstəqil siyasətçi kimi siyasi yolumu davam etdirmək qərarımı ictimaiyyətə élan edirəm" – deyə Yavaş sosial media hesabında yazıb.
O, müxalifət daxilində uzun müddətdir davam edən və ciddi fikir ayrılıqlarına işarə edib. O, dəfələrlə xəbərdarlıq etdiyini deyərək bildirib ki, aylarla davam edən müzakirə və mübahisələr, xüsusən də CHP qurultayının qərarlarının etibarsızlığı ilə bağlı məhkəmə prosesi ətrafında, partiya daxilində "dərin uçuruma" səbəb ola və "Türkiyədə demokratik siyasətə olan ümidlərə" xələl gətirə bilər.
Yavaş əvvəllər dəfələrlə başqa siyasi partiyaya keçmə ehtimalı ilə bağlı xəbərləri təkzib etmişdi. Sentyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra o, başqa partiyaya keçməsi məsələsinin görüşdə müzakirə olunmadığını bildirmişdi.
Tahir TAĞIYEV