Bazar günü günü, 08 noyabr 2026
     

Avropa İttifaqı Gürcüstandan əl çəkmir - müxalifətə pul ayırır...

Image


Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi Tiflis ilə Brüssel arasında getdikcə daha da soyuqlaşan münasibətlər fonunda, demək olar ki, dayanıb. Avropa İttifaqı Gürcüstanı demokratik tərəqqi prosesində geriləmədə və Rusiyayönlü siyasət yürütməkdə günahlandırır. Tiflis isə qurumu onun daxili işlərinə müdaxilədə ittiham edir, Gürcüstanın Avropa mənsubiyyətinə sadiq qaldığını bildirir. Amma Qərbdən Gürcüstanın ünvanına yönəlik ittihamlar daha radikal xarakter alır. Bu kontekstdə Tiflis Avropa İttifaqını Gürcüstandakı radikal və ekstremist qüvvələri maliyyələşdirməkdə ittiham edir. Beləliklə, tərəflər arasında ziddiyyətlər daha da kəskinləşir.

Hətta iş o yerə çatıb ki, Gürcüstanın yanaşmasına əsasən, indiki şərtlər daxilində ölkənin Avropa İttifaqına qoşulmaması daha faydalı ola bilər. Tiflis vurğulayır ki, üzvlüyün təxirə salınması Gürcüstanın ən azından müstəqil qərarlar qəbul etmək azadlığını qoruyub saxlayacaq. Düzdür, ölkənin Avropa İttifaqından birbaşa imtina etməsi də mümkün deyil. Birincisi, Gürcüstan Konstitusiyasının 78-ci maddəsi hakimiyyət orqanlarını Gürcüstanın Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına tam inteqrasiyasını təmin etmək üçün öz səlahiyyətləri daxilində bütün tədbirləri görməsini məcburiyyət halına gətirir. Bundan əlavə, ictimai rəy sorğuları da göstərir ki, hətta hakim “Gürcü Arzusu” Partiyasının tərəfdarları arasında əksəriyyət ölkənin Avropa İttifaqına qoşulmasını dəstəkləyir. Amma Avropa İttifaqı faktiki olaraq Gürcüstanın daxili işlərinə müdaxilə etməyə, onun xarici siyasət kursuna yön verməyə çalışır. Tiflisin buna qarşı mövqeyi tərəflər arasında ziddiyyəti daha da dərinləşdirir. Bu şəraitdə Avropa İttifaqının Gürcüstan hakimiyyətinin radikal və ekstremist hesab etdiyi qüvvələri maliyyələşdirməsi Tiflisin səbr kasasını daha sürətlə daşdırır. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili qeyd edir: “Avropa İttifaqı, əvvəlki mənfi təcrübələrə baxmayaraq, Gürcüstandakı radikal və ekstremist qüvvələri maliyyələşdirməyə davam edir. Bu tip maliyyələşdirmənin davam etməsi Gürcüstanda radikalizmə dəstək göstərir. Avropa pulları ekstremistlərin maliyyələşdirilməsinə xərclənəndə, faşist şüarlarının müəllifləri Avropa İttifaqı tərəfindən maliyyələşdiriləndə, bu, Gürcüstanda ekstremizmi, radikalizmi və faşizmi təşviq edir. Brüsselin Gürcüstanla bağlı öz siyasi gündəliyi var və gürcü cəmiyyətinin mövqeyi nəzərə alınmır. Onların konkret gündəliyi Gürcüstanın sabitliyini pozmaqdır”. Gürcüstan hakimiyyətinin Avropa İttifaqından yeni narazılığına səbəb gürcü musiqiçisi Aleksandr Kordzaya ilə bağlıdır. 2024-cü ilin dekabr ayında o, “Gürcü Arzusu” partiyasına qarşı etiraz şüarı əsasında yazılmış “Anti-Georgian Dream Anthem” mahnısını yazıb. Bu musiqi əsəri ovaxtkı etirazlarda geniş yayıldı və etiraz hərəkatının musiqi simvollarından birinə çevrildi. İndi onun keçirəcəyi konserti maliyyələşdirmək üçün Avropa İttifaqı müvafiq addımlar atır. Sözügedən konsert sentyabrın sonunda Danimarka Mədəniyyət İnstitutu və İncəsənət Evi tərəfindən Avropa İttifaqının dəstəyi ilə təşkil olunacaq. Papuaşviliyə görə, bir milyondan çox gürcü vətəndaşını təhqir edən bir şəxsin konsertinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsi elə ekstremizm və faşizmə dəstəkdir. Bununla yanaşı, Tbilisi ilə Avropa İttifaqı arasında QHT-lərin maliyyələşdirilməsi məsələsi ətrafında da ziddiyyət dərinləşir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze qeyd edir: “QHT-lər xarici siyasi müdaxilə məqsədilə uydurulmuş süni bir fenomendir. QHT-nin yeganə məqsədi bir dövlətin digərinin işlərinə müdaxiləsi ola bilər. Məhz buna görə də bir vaxtlar QHT-lər icad edilib. Yüz il əvvəl QHT-lər mövcud deyildi. Sonra onlar icad edildi və xarici müdaxilənin əsas vasitəsi kimi istifadə olundu. Biz bu cür nümunələri Gürcüstanda dəfələrlə görmüşük. Buna görə də, belə strukturların maliyyələşdirilməsi səhvdir. O səbəbdən də Gürcüstanın qrant idarəetmə agentliyi ilin sonuna qədər bağlanacaq”. Son illərdə Gürcüstan hökuməti ilə QHT-lər arasında münasibətlər pisləşib. Hökumət bir neçə böyük QHT-ni xarici maraqları güdməkdə və ölkədəki siyasi prosesləri maliyyələşdirməkdə ittiham edib. Digər addımlarla yanaşı, bunun qarşısını almaq üçün “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edilib. Qanuna əsasən, illik gəliri əsasən xarici mənbələrdən gələn QHT-lər və media qurumları xüsusi reyestrdə qeydiyyatdan keçməli və maliyyə bəyannamələri təqdim etməlidirlər. Hazırda reyestrdə 385 təşkilat qeydiyyatdan keçib. Bundan əlavə, Korrupsiyaya Qarşı Mübarizə Bürosu QHT-ləri seçkiqabağı məqsədləri olan qurumlar kimi tanımaq və onların hesabatlarını siyasi partiyaların hesabatları ilə eyniləşdirmək hüququ əldə edib. Elə bu da həm QHT-lər, həm də Avropa İttifaqı tərəfindən sərt qarşıalnır. Brüssel əvvəlki kimi “Xarici təsirin şəffaflığı haqqında” qanunun ya ləğvini, ya da əsaslı şəkildə dəyişdirilməsini tələb edir. Bununla da Tiflis razılaşmır. Gürcüstan bəyan edir ki, ölkə Avropa dəyərlərinə sadiqdir və Brüsselin Tiflis üçün yaratdığı maneələr daha çox qurumun özünə zərər vurur.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ