Ermənistan Baş nazirliyinin qərarı ilə Xarici İşlər və Beynəlxalq Ticarət naziri Ararat Mirzoyan Ermənistanla ABŞ arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası ilə bağlı qanun layihəsinin ölkə parlamentində müzakirəsi zamanı hökumətin nümayəndəsi təyin edilib.
Bundan əlavə, Mirzoyan həmçinin parlamentdə “Sülh Şurası Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı da hökuməti təmsil edəcək.
Qeyd edək ki, Ermənistan və ABŞ arasında TRIPP üzrə çərçivə sazişi iyunun 4-də ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən imzalanıb. İyul ayında isə Ermənistan hökuməti sazişin ratifikasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib.
Tahir TAĞIYEV