Rusiya qüvvələri Odessa vilayətində Antigua və Barbuda bayrağı altında üzən yük gəmisinə hücum edib, nəticədə gəminin Ukrayna vətəndaşı olan kapitanı həlak olub.
Vurulan ticarət gəmisində yanğın baş verib. Gəminin kapitanı, Ukrayna vətəndaşı, həlak olub. Ekipajın qalan üzvləri təxliyə edilib.
Vilayət Hərbi Administrasiyasının rəhbəri Kiper bildirib ki, Rusiya qüvvələri dərman, məişət əşyaları və qida məhsullarının saxlanıldığı anbarlara ardıcıl iki dəfə hücum edib.
Yerli Dövlət Fövqəladə Hallar Xidməti sə Rusiya qüvvələrinin səhər saatlarında Odessa rayonuna hücum etdiyini bildirib. Hücum nəticəsində bir ticarət mərkəzi yanıb.
Tahir TAĞIYEV