ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpini Endryus Hərbi Hava Qüvvələri Bazasında şəxsən qarşılayacaq. Tramp bununla da təxminən 60 ildir riayət olunan protokolu pozacaq.
"Bu, Con Kennedinin 1962-ci ildə asfaltda Britaniya Baş naziri Harold Makmillanla görüşməsindən bəri ABŞ-ın baş komandanının bu bazada dünya lideri ilə şəxsən görüşdüyü ilk hadisə olacaq" – deyə "Financial Times" qəzeti yazır.
Qəzet vurğulayır ki, belə bir jest dərin hörmətin nümayişidir.
Tahir TAĞIYEV