çərşənbə günü, 23 sentyabr 2026
     

"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

Image


Bloomberg-in 22 sentyabr 2026-cı il tarixli materialında Ermənistanın süni intellekt və data-mərkəzləri sahəsində regional mərkəzə çevrilmək istiqamətində irəlilədiyi bildirilir.

Məqalədə əsas diqqət ABŞ-ın Firebird startapının Razdanda yaratdığı data-mərkəzə yönəldilir. Avqustda fəaliyyətə başlayan kompleksin gücünün 2027-ci ilin sonunadək 300 MVt-a, Nvidia çiplərinin sayının isə 70 mindən çoxuna çatdırılması planlaşdırılır. Hesablama resurslarının 20 faizi Ermənistanın tədqiqat layihələri, dövlət qurumları və yerli startapları, qalan hissəsi isə xarici müştərilər, o cümlədən Perplexity AI üçün nəzərdə tutulub. Firebird kompleksi regionun ən böyük, Avropanın isə iri hesablama klasterlərindən biri hesab edir.

Bloomberg Ermənistanın Nvidia ilə əlaqələrinin süni intellekt bumundan əvvəl başladığını qeyd edir. 2019-cu ildə Nikol Paşinyanın Nvidia-ya səfərindən sonra 2022-ci ildə şirkətin Ermənistanda nümayəndəliyi açılıb, 2023-cü ildə isə Nvidia rəhbəri Jensen Huang ölkəyə səfər edib. Şirkət Ermənistanın texniki kadrlarını və inkişaf edən innovasiya ekosistemini yüksək qiymətləndirir.

Materialda Nvidia çiplərinin Ermənistana ixracına verilən ABŞ icazələrinin regiondakı diplomatik proseslərlə paralelliyi də diqqət çəkir. Bloomberg bunu Vaşinqtonun Ermənistan-Azərbaycan razılaşmasına nail olmaq səyləri ilə əlaqələndirir. Firebird isə çiplər üçün müraciəti 2025-ci ilin əvvəlində etdiyini və diplomatik danışıqlardan xəbərdar olmadığını bildirir. Şirkətə verilən lisenziyanın Səudiyyə Ərəbistanının Humain şirkətinə veriləndən iki dəfədən çox prosessoru əhatə etdiyi qeyd olunur.

Beləliklə, Ermənistan böyük hesablama infrastrukturu yaratmaqla həm yerli İT və AI sektorunu inkişaf etdirməyə, həm də beynəlxalq şirkətlərə hesablama gücü təqdim edən regional mərkəzə çevrilməyə çalışır. Bu proses AI infrastrukturunun texnoloji əhəmiyyəti ilə yanaşı, ABŞ-ın ixrac siyasəti, Nvidia ilə əməkdaşlıq və Cənubi Qafqazdakı diplomatik proseslərlə əlaqəli geosiyasi əhəmiyyətini də artırır.

Ermənistanın böyük hesablama infrastrukturu və Nvidia texnologiyalarına çıxış hesabına Cənubi Qafqazda regional süni intellekt və data-mərkəzlər qovşağına çevrilmək perspektivi nə qədər realdır və bu proses Azərbaycanın texnoloji, iqtisadi və rəqəmsal təhlükəsizliyi baxımından hansı riskləri və çağırışları yarada bilər?

Azər Həsrət: "Qafqazda yeni texnologiyalar, süni intellekt və elm sahəsində rəqabət başlayır"

Region mediası faktiki olaraq ölmüş sayıla bilər" - Azər Həsrət | Modern.az

Siyasi şərhçi Azər Həsrət məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Ermənistanın süni intellekt və yüksək texnologiyalar sahəsində atdığı addımlar yeni başlamayıb və bu istiqamətdə müəyyən hazırlıq prosesi uzun müddətdir davam edir. Onun sözlərinə görə, Ermənistanın Nvidia ilə əməkdaşlığının da mərhələli şəkildə formalaşması bunu göstərir.

Ekspert qeyd edib ki, Ermənistan rəhbərliyinin yüksək texnologiyalar sahəsinə marağı hələ bir neçə il əvvəl özünü göstərib. Baş nazir Nikol Paşinyan 2019-cu ildə Silikon Vadisində Nvidia-nın rəhbəri Jensen Huang ilə görüşüb, 2022-ci ildə isə şirkətin Ermənistanda elmi-tədqiqat mərkəzinin yaradılması açıqlanıb. 2023-cü ildə Huangın İrəvanda Paşinyanla görüşündə də yüksək texnologiyalar və mühəndislik təhsilinin inkişafı müzakirə olunub.

Həsrət hesab edir ki, hazırda Ermənistanın bu istiqamətdə atdığı addımlara yalnız ayrı-ayrı texnoloji layihələr kimi baxmaq düzgün olmaz. Çünki süni intellekt, hesablama infrastrukturu və data mərkəzləri gələcəkdə həm iqtisadi, həm də strateji üstünlüklər yarada biləcək sahələrdir. 2026-cı ilin avqustunda Hrazdanda istifadəyə verilən Firebird AI infrastrukturu da bu strategiyanın yeni mərhələsi kimi təqdim olunur. Şirkət 2027-ci ilin sonunadək Ermənistanda 70 mindən çox Nvidia GPU-su və 300 meqavatlıq AI infrastrukturu yaratmaq planını açıqlayıb.

Siyasət şərhçisi vurğulayıb ki, Ermənistan bu sahədə irəliləməyə çalışırsa, Azərbaycanın da prosesləri kənardan izlədiyini düşünmək doğru deyil:

"Ermənistan bu addımları atırsa, Azərbaycan da yerində saymır. Azərbaycanın da müxtəlif istiqamətlərdə atdığı addımlar var. Sadəcə, dövlətin gördüyü bütün işlər eyni vaxtda və tam şəkildə ictimaiyyətə açıqlanmır. Biz bunu əvvəllər də görmüşük. Məsələn, Azərbaycanın peyk proqramı müəyyən hazırlıq mərhələlərindən keçdi və bir müddət sonra artıq ilk peyk orbitə çıxarıldı. Ardınca digər peyklər də buraxıldı. Yəni strateji texnologiyalar sahəsində hazırlığın bütün mərhələlərinin əvvəlcədən ictimaiyyətə açıqlanması mütləq deyil".

Həsrət bəyin fikrincə, Ermənistanın resursları və iqtisadi imkanları Azərbaycanla müqayisədə daha məhdud olsa da, ölkənin yeni texnologiyalara üstünlük verməsi müəyyən taktiki məna daşıyır. Onun sözlərinə görə, Ermənistan öz məhdud resurslarını daha yüksək əlavə dəyər yaradan sahələrə yönəltməklə texnoloji üstünlük qazanmağa çalışır.

"Dünyanın yeni texnologiyalar istiqamətində inkişaf etdiyi artıq danılmaz reallıqdır. Ermənistan da bunu nəzərə alır və süni intellekt, data mərkəzləri, yüksək hesablama imkanları kimi sahələrə investisiya cəlb etməyə çalışır. Burada Ermənistanın texnoloji potensialından əlavə, onun beynəlxalq tərəfdaşlarının maraqları da rol oynaya bilər. Buna görə də Cənubi Qafqazda müəyyən texnoloji rəqabətin yaranması mümkündür", – deyə ekspert bildirib.

O hesab edir ki, bu rəqabət ənənəvi hərbi qarşıdurmadan fərqli olaraq, elm, innovasiya, süni intellekt və yüksək texnologiyalar üzərində qurularsa, region üçün müsbət nəticələr verə bilər.

"Əsas məsələ odur ki, rəqabət hərbi qarşıdurmaya deyil, texnologiyaya, elmə və innovasiyaya yönəlsin. Dövlətlər bir-biri ilə süni intellekt, yeni texnologiyalar, elmi tədqiqatlar və yüksək texnologiyalı istehsal sahəsində yarışsınlar. Bu, region üçün daha faydalı rəqabət olar. Əsas odur ki, bu texnologiyalar gələcəkdə hər hansı aqressiv məqsədlər üçün istifadə olunmasın", – Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi və texnoloji imkanları da bu rəqabətdə nəzərə alınmalıdır. Azərbaycan son illərdə kosmik sənaye, rəqəmsal texnologiyalar, informasiya infrastrukturu və digər strateji sahələrdə müəyyən layihələr həyata keçirib. Buna görə də Ermənistanın texnologiya sahəsində yeni layihələrə başlaması avtomatik olaraq Azərbaycanın geridə qalması kimi qiymətləndirilməməlidir.

Həsrət hesab edir ki, texnologiyaların təhlükəsizlik və müdafiə imkanlarına təsiri də dövlətlərin nəzərə aldığı əsas məsələlərdən biridir. Bu baxımdan Azərbaycanın yeni texnologiyaların regional təhlükəsizlik mühitinə təsirini diqqətdə saxlaması və öz texnoloji imkanlarını inkişaf etdirməsi vacibdir.

"Prezident İlham Əliyevin məşhur bir ifadəsi var: ‘Nəyi, necə, nə vaxt etməyi biz yaxşı bilirik’. Hesab edirəm ki, strateji texnologiyalar və süni intellekt kimi sahələrdə də Azərbaycanın atacağı addımların bütün detallarının əvvəlcədən açıqlanması vacib deyil. Əsas məsələ odur ki, dövlət bu sahədə gedən prosesləri düzgün qiymətləndirsin və gələcək çağırışlara uyğun addımlar atsın", – deyə siyasət şərhçisi vurğulayıb.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ