Böyük Britaniya Dəniz Ticarət Təşkilatının (UKMTO) çərşənbə günü verdiyi məlumata görə, daha bir yük gəmisi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.
Gəmiyə naməlum sursatın düşməsi nəticəsində yanğın baş verib. Gəmi gücünü itirib və hazırda üzür. Agentlik əlavə edib ki, bütün heyət üzvləri təxliyə edilib. İki nəfərin xəsarət aldığı da bildirilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Ətraf mühitə dəyən ziyan barədə heç bir məlumat yoxdur.
Gəmilərə ərazidən keçərkən ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur.
Tahir TAĞIYEV