Yəməndə İran tərəfindən dəstəklənən husi üsyançıları arasında hərbi fiqur olan Abid Məhəmməd əl-Təvr AFP xəbər agentliyinə bildirib ki, Vaşinqtonun Yəmənə hər hansı hərbi müdaxiləsi və ya Bab əl-Məndəb üzərində nəzarəti ələ keçirmək cəhdi husilər üçün "qırmızı xətt" olacaq.
“Biz bunun üçün döyüşəcəyik" – deyə Sevr bildirib.
Husi üsyançıları sentyabr ayında Qırmızı dənizi Hind okeanı və Aralıq dənizi ilə birləşdirən vacib dəniz keçidi olan Bab əl-Məndəb ətrafında nəzarəti genişləndiriblər. Bölgədə münaqişənin yenidən şiddətlənməsi qlobal dəniz ticarəti və enerji daşınmaları ilə bağlı narahatlıqları artırıb.
Sevr bildirib ki, ABŞ Səudiyyə Ərəbistanına hava hücumları və ya hava dəstəyi ilə kömək edərsə, husilər regiondakı Amerika maraqlarını hədəf alacaqlar.
"Əgər Amerika Səudiyyə Ərəbistanına hava hücumları və ya hava dəstəyi ilə kömək etməyə cəsarət etsə, bölgəmizdəki bütün Amerika maraqlarını hədəf hesab edəcək və heç nədən çəkinməyəcəyik", - deyən Sevr bildirib ki, Bab əl-Məndəbi Amerika gəmiləri üçün tamamilə bağlayacaqlar.
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmandan husilərə qarşı dəstək istəyi aldığı barədə xəbərlərdən sonra Sevr Yəmən hökumətinin də Vaşinqtondan hərbi dəstək istədiyini iddia edib.
Tahir TAĞIYEV