Avropa Komissiyasının sözçüsü Arianna Podesta bildirib ki, Rusiya vətəndaşları Ukraynaya qarşı müharibəyə son qoymaq və ölkə daxilində vəziyyəti dəyişdirmək üçün Vladimir Putin rejimini devirmək gücünə malikdirlər.
"Bu müharibəni dəstəkləyən bir hökumətin olub-olmayacağına qərar vermək Rusiya vətəndaşlarının özlərindən asılıdır. Buna görə də, əgər Rusiya vətəndaşları bu müharibənin nəticələrini yaşayırlarsa, ölkə daxilində buna qarşı tədbir görmək imkanına malikdirlər", - Podesta bildirib.
Tahir TAĞIYEV