Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində "Rossiya" televiziyasının jurnalistinin sualını cavablandırarkən bildirib ki, İrəvan balanslı xarici siyasətini davam etdirmək niyyətindədir.
“Dediyimiz kimi, balanslaşdırılmış xarici siyasəti davam etdirməyi planlaşdırırıq”, - deyə Paşinyan bildirib.
Jurnalistin Ermənistanın Avropa İttifaqı ilə daha da yaxınlaşması ilə bağlı sualına o, Rusiya mediasının ən sevdiyi "iki stulda oturmağa" çalışmaq ifadəsi ilə cavab verib.
"Niyə iki stul? Biz bir erməni stulunda oturmuşuq, ona görə də bizə iki stul lazım deyil", - deyə Ermənistanın baş naziri bildirib.
Jurnalist daha sonra Paşinyandan Ermənistanın Avropa bazarına ixracının perspektivləri barədə soruşub. O, Avropa tərəfinin meyvə-tərəvəz də daxil olmaqla, Ermənistan kənd təsərrüfatı məhsullarının 99%-nin Aİ bazarına daxil ola biləcəyini bildirdiyini xatırladıb və Ermənistan baş nazirinin avropalıların vədlərini yerinə yetirməməsindən narahat olub-olmadığını soruşub.
Paşinyan isə "Niyə? Niyə yalan danışmalıdırlar?" deyə cavab verib.
“Bütün tərəfdaşlarımızla dürüst və açıq olmağa çalışırıq və qarşılıqlı münasibətlərə ümid edirik”, - deyə Ermənistanın Baş naziri əlavə edib.
Tahir TAĞIYEV