Donald Tramp Vindzor qəsrinə səfəri zamanı Kir Starmerin siyasətinin "axmaqca" olduğunu onun üzünə deyib. Bu barədə Ağ Evin keçmiş mətbuat katibi Karolina Livit “Fox News"a müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti 2025-ci ilin sentyabrında baş tutan nahar zamanı Starmeri miqrasiya və Britaniya iqtisadiyyatı ilə bağlı məsələlərdə sərt tənqid edib. Onlar Vindzor qəsrində "nahar edərkən" prezident deyib: "Buradakı siyasətiniz çox axmaqcadır. Sərhədləri bağlamalısınız. Ölkənizdə olan bu insanları deportasiya etməlisiniz. Mən sizin ölkənizi tanıyıram, xalqınızı tanıyıram; onlar sizin etdiklərinizə nifrət edir”. Əslində Trampın keçmiş baş nazirlə münasibətləri onun vəzifədə olduğu dövrdə pisləşmişdi. Starmer vəzifəsindən getdikdə Tramp ona uğurlar arzulasa da, miqrasiya məsələsində "uğursuzluğa düçar olduğunu" qeyd etmişdi. İki lider arasında münasibətlərin pisləşməsi isə Starmerin ABŞ qüvvələrinə İranla müharibə üçün Britaniya bazalarından istifadə etməyə icazə verməkdən imtina etməsindən sonra başlayıb. O, sonda razılıq versə də, keçmiş baş nazirin münaqişəyə qoşulmaqdan imtina etməsi Trampı ciddi narahat etmişdi. Vitse-prezident Cey Di Vens isə bildirib ki, "milyonlarla yoxlanılmamış miqrant" üçün "bəndlərin açılması" səbəbindən Avropa sivilizasiya çöküşü ilə üz-üzə qalıb.
SAMİRƏ