Cümə günü, 16 oktyabr 2026
     

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Image


Bakıda dünyada məşhur olan yerli və beynəlxalq sərgilər təqdim ediləcək

Oktyabrın 30-dan noyabrın 1-dək Bakıda artıq ikinci dəfə təşkil olunan "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində şəhərin müxtəlif məkanlarında beynəlxalq və Azərbaycan müasir incəsənətini əhatə edən sərgilər təqdim olunacaq.
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə baş tutacaq və üç gün davam edəcək incəsənət həftəsonunun sərgi proqramı müxtəlif bədii yanaşmaları, nəsilləri və coğrafiyaları bir araya gətirərək tamaşaçılara yaddaş, mədəni irs, təbiət, biomüxtəliflik, kimlik və gələcək kimi mövzular üzərində düşünmək imkanı yaradacaq.

Xatırladaq ki, festivalın ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır.

Sərgi proqramının mühüm istiqamətlərindən biri "Qafqazın Böyük Beşliyi" (Big Five of the Caucasus) mövzusudur. Qafqazın təbiəti və biomüxtəlifliyinə həsr olunan layihələrdə heyvanlar yalnız təbiətin bir hissəsi kimi deyil, həm də mədəni yaddaşın, mifologiyanın və kollektiv kimliyin daşıyıcıları kimi təqdim edilir.

Proqramın mühüm layihələrindən biri çinli rəssam Canq Cinin (Zhang Ji) fərdi sərgisi Heydər Əliyev Mərkəzində nümayiş olunacaq. Canq Ci "Həqiqət dərisi" (The Skin of Truth) silsiləsində dini memarlığa müasir elmi və texnoloji dünyada da öz əhəmiyyətini qoruyan qədim bir həqiqətin izi kimi yanaşır. Rəssam məscid, sinaqoq və kafedrallarda rast gəlinən memarlıq naxışlarından ilhamlanaraq onları müasir rəngkarlıq dili ilə yenidən şərh edir. Əsərlərin yaradılma prosesi olduqca uzun vaxt və səbir tələb edir. Canq Ci şpris vasitəsilə boyanı kətanın üzərinə çox incə və dəqiq şəkildə tətbiq edir. Bəzi əsərlərin hazırlanmasında hər biri 170 millilitr olmaqla, 120-yə qədər boya tubundan istifadə olunur. Nəticədə kətan üzərində mürəkkəb, təkrarlanan naxışlar yaranır və əsərlər bəzən barelyef heykəlləri xatırladır. Bu texnika əsərlərdə möhkəmlik və keçicilik, quruluş və dağılma arasında maraqlı vizual tarazlıq yaradır.

Proqramın digər beynəlxalq layihələrindən biri italiyalı sənətçi Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) "Əbədiyyət güzgüsü" (Mirror of Eternity) əsəridir. Heydər Əliyev Mərkəzində baş tutacaq layihə rəssamın güzgü motivi ilə uzunmüddətli yaradıcılıq araşdırmasının davamıdır. Pistoletto altı onillikdən artıq yaradıcılığı boyunca güzgüdən tamaşaçını sənət əsərinin bir hissəsinə çevirmək üçün istifadə edib. Onun 1960-cı illərdə yaratdığı "Güzgü rəsmləri" seriyasında tamaşaçının əksi birbaşa əsərə daxil olaraq hər qarşılaşmanı fərqli və bənzərsiz edir. "Əbədiyyət güzgüsü"ndə müəllif bu ideyanı rəqəmsal dövrün imkanları ilə davam etdirir. Layihə süni intellekt vasitəsilə insan portretlərini birləşdirərək əvvəllər mövcud olmayan yeni simalar yaradır. İştirakçı öz portretini sistemə yükləyir, sistem isə onu başqa bir insanın portreti ilə birləşdirərək yeni obraz formalaşdırır. Beləliklə, hər bir portret dəyişməz xatirə kimi deyil, daim yenilənən və yeni qarşılaşmalarla dəyişən rəqəmsal varlıq kimi mövcud olur. Layihə insan, yaddaş, texnologiya və daim yenilənən həyat anlayışları arasındakı əlaqəni araşdırır.

Heydər Əliyev Mərkəzində baş tutacaq növbəti sərgi dünyada məşhur amerikalı sənətçi Cudi Çikaqonun (Judy Chicago) "Qadınlar dünyanı idarə etsəydilər" (What if women ruled the world) layihəsidir. Əsər Bakı ilə yanaşı, regionda da ilk dəfə təqdim edilir. "DMINTI" ilə əməkdaşlıq çərçivəsində yaradılan bu interaktiv və daim inkişaf edən layihə tamaşaçıları Çikaqonun irəli sürdüyü sualları cavablandırmağa və dünyanın müxtəlif ölkələrindən toplanan cavablar əsasında formalaşan fiziki və rəqəmsal yorğanın yaradılmasına töhfə verməyə dəvət edir. 2022-ci ildən etibarən layihə ABŞ, Meksika, Argentina, Böyük Britaniya, Fransa, Almaniya, Niderland, Hindistan və Türkiyəni əhatə edən qlobal bir arxiv formalaşdırıb. Bakıda ziyarətçilər interaktiv səsyazma kabinəsində sualları cavablandıraraq əsərin növbəti mərhələsinin bir hissəsinə çevrilə biləcəklər. Layihə tamaşaçıları empatiya, əməkdaşlıq və məsuliyyətin əsas olduğu fərqli bir gələcək haqqında düşünməyə dəvət edir.

"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" müasir Azərbaycan incəsənətinin tanınmış nümayəndələrini də bir araya gətirəcək.

Maraqla gözlənilən növbəti layihələrdən biri də "Təbiət danışanda.Varislər" (When nature speaks. Heirs) immersiv sərgisidir. Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində təqdim olunacaq layihə müasir incəsənət, memarlıq, texnologiya, səs və performans vasitəsilə insan və təbiət arasındakı münasibəti araşdırır. Qafqazın "Böyük Beşliyi"dən ilhamlanan beş bölmədən ibarət sərgi yaddaş, biomüxtəliflik və gələcək qarşısında məsuliyyət mövzularını ön plana çıxarır. Layihənin mərkəzində Leyla Əliyevanın canlılar aləminə empatiya, mərhəmət və həssas münasibəti əks etdirən əsərləri dayanır.

Festivalın əsas mövzusu olan "Böyük Beşlik"in və onun təbiətdən sənətə olan səyahətinin bədii interpretasiyalarından biri "Var Yox" platformasının "Əfsanəvi varlıqlar: Azərbaycanın heyvanlar aləmi" (Legendary Creatures – An Azerbaijani Bestiary) layihəsidir. Heydər Əliyev Mərkəzinin park ərazisində təqdim olunacaq layihə Azərbaycan folklorundakı mifoloji varlıqları ölkənin "Böyük Beşliyi" ilə əlaqələndirir. Burada heyvanlar yerli bilik, folklor və kollektiv yaddaşın daşıyıcıları kimi təqdim olunur və onların gələcək nəsillər üçün qorunmasının vacibliyi vurğulanır.

Azərbaycanın tanınmış müasir incəsənət nümayəndəsi, rəssam Aydan Salahovanın "Qız qalası" (Maiden Tower) adlı fərdi sərgisi isə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunacaq. Rəssamın uşaqlıq xatirələri və emosiyalarından ilhamlanan layihə Qız qalası haqqında regionun ən qədim və məşhur əfsanələrindən birini poetik sənət dili ilə təqdim edir. Heykəltaraşlıq, rəngkarlıq, qrafika, video işləri və əl işi xalça nümunəsi vahid bədii bütövlükdə birləşərək ziyarətçiyə immersiv sənət təcrübəsi yaşadır. Yaddaş, mifologiya, qadın gücü və təxəyyül layihənin əsas mövzularındandır.

İçərişəhərdə yerləşən "QGallery" sərgi salonunda rəssam Faiq Əhməd və Fərid Rəsulovun ortaq "Yaddaşdan ötə" (Beyond Memory) sərgisi festival müddətində təqdim olunacaq. Sərgi Faiq Əhməd və Fərid Rəsulovun "Azərxalça" ASC ilə əməkdaşlığı nəticəsində ərsəyə gələn əsərləri vasitəsilə mədəni yaddaşın necə qorunduğunu və zamanla necə dəyişdiyini araşdırır. "Yaddaşdan ötə" ənənəni keçmişdə qalan sabit bir anlayış kimi deyil, daim yenilənən və yeni məna qazanan canlı proses kimi təqdim edir. Faiq Əhməd ənənəvi xalça naxışlarını təhrif, parçalanma və rəqəmsal müdaxilələr vasitəsilə yenidən qurur. Beləliklə, tanış ornamentlər öz əsas xüsusiyyətlərini qoruyaraq müasir və dəyişkən vizual dilə çevrilir. Fərid Rəsulov isə yaddaşa gündəlik həyatımızın içindən yanaşır. Ev interyerləri, memarlıq elementləri və tanış əşyalar vasitəsilə keçmişin yaşadığımız məkanlarda və ətrafımızdakı predmetlərdə necə iz buraxdığını araşdırır. İki sənətçinin yanaşması bir araya gələrək mədəniyyətin necə formalaşdığını, qorunduğunu və nəsildən-nəslə necə ötürüldüyünü göstərir. Bu sərgi ənənə ilə innovasiya arasında davam edən dialoqa yeni baxış təqdim edir.

"Atəş Hub" platformasının "Sayrışan simvollar" (Shimmering Symbols) qrup sərgisi Şirvanşahlar Sarayında keçiriləcək. Sərgi qədim türk mifoloji düşüncəsində və Azərbaycan mədəniyyətində heyvan obrazlarının yerini araşdırır. Sərginin mərkəzində "Qafqazın Böyük Beşliyi" — Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və imperator qartalı dayanır. Bu heyvanlar həm biomüxtəlifliyin nadir nümayəndələri, həm də kollektiv yaddaşda formalaşmış simvolik obrazlar kimi təqdim olunur. Sərgi qədim totemik təsəvvürlərdən müasir vizual mədəniyyətə qədər heyvan obrazlarının keçdiyi dəyişimi izləyir. Yeni media və multidisiplinar sənət praktikaları vasitəsilə bu simvollar müasir ekoloji, mədəni və texnoloji reallıqlar kontekstində yenidən şərh olunur. "Sayrışan simvollar" "Varislər" sənət layihəsinin tərkib hissəsidir. Sərgidə Sabir Abdullazadə, Ramil Aliev, İlqar Aydın, Səbinə Cəfər, Riyad Hüseynov, Emin Mathers, Mariya Mozqovaya, Aliya The Mushroom, Tim Zaripov və Alina Yusupova iştirak edirlər.

Elnarə Nəsirlinin "Fluxus Space"də təqdim olunacaq "Məhdud reallıqlar" (İsolated Realities) sərgisi canlı orqanizmlə onu əhatə edən mühit arasındakı qarşılıqlı əlaqəni araşdırır. Orqanizm ətraf mühitə uyğunlaşmaqla yanaşı, özü də həmin mühiti dəyişdirir və bu proses müxtəlif fiziki və bioloji izlər yaradır. Sərgi məkan, təkrarlanma və bioloji izlər vasitəsilə bu qarşılıqlı təsirin necə formalaşdığını göstərir. Layihə həmçinin lokal dəyişikliklərin daha böyük, qlobal ekoloji proseslərə təsirini araşdırır. Elnarə Nəsirlinin əsərləri elmi müşahidə ilə bədii və poetik yanaşmanı bir araya gətirir. Müxtəlif fiziki izlər və vizual materiallar canlıların yaşadığı mühitin bir növ yaddaşını formalaşdırır. "Məhdud reallıqlar" insanı və təbiəti bir-birindən ayrı deyil, daim bir-birini dəyişdirən və yenidən formalaşdıran vahid sistem kimi düşünməyə dəvət edir.

Rəşid Əl Xəlifənin (Rashid Al Khalifa) İçərişəhərdə, "Bakı Xanlar Bağı"da sərgilənəcək "Yeşik labirinti – ağ" (Crate Maze – White) adlı instalyasiyasında emal boyası ilə rənglənmiş saxlama yeşikləri ticarətin metaforu kimi təqdim olunur. Bu yeşiklər bir tərəfdən sərvəti, digər tərəfdən isə qiymətli malları, fikirləri və mədəni mübadiləni qoruyan, lakin eyni zamanda onları məhdudlaşdıran qəfəsəbənzər strukturları simvolizə edir. Həndəsi tərtibatı, ətrafındakı dəyişən işıq və kölgələr, həmçinin insanı özünə cəlb edən quruluşu vasitəsilə "Yeşik labirinti – ağ" ticarətin həm məhdudlaşdırıcı, həm də birləşdirici qüvvə kimi ikili mahiyyətini vurğulayır. Əsər bir tərəfdən irsi və tarixi yaddaşı qoruyarkən, digər tərəfdən isə sərhədlər arasında hərəkət və əlaqə üçün imkan yaradır.

Bundan əlavə, festival günlərində ziyarətçilər "Artefact Gallery"də azərbaycanlı müasir rəssam Nəzrin Məmmədovanın "QUALIA: TRACE / CODE", "Gazelli Art House"da Manal Əl-Dəvayan, Sofiya Əl-Mariya, Raya Kassisiyə, Almagül Menlibayeva, Elnarə Nəsirli və Əzizə Qədirinin əsərlərini bir araya gətirən "Hər şey qatlanır, açılır, yenidən qatlanır" (Everything Folds, Unfolds, Folds Again) adlı qrup sərgisi, Azərbaycan Milli Xalça Muzeyinin banisi, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun irsini, multidisiplinar rəssam Mədinənin yaradıcılığını əks etdirən "Xalçalar diyarı" (Land of Carpets) sərgilərini də izləyə bilərlər.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ