Bazar ertəsi günü, 09 noyabr 2026
     

BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

Image


Abutalıb Səmədov: “ABŞ və İran prezidentlərinin görüşünün baş tutacağı real görsənmirdi”

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi arasında BMT-də görüş Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. İran naziri Hörmüz boğazı ilə bağlı Tehranın mövqeyini açıqlayıb. Bu barədə İranın dövlət televiziya kanalı IRIB məlumat yayıb. Məlumata görə, danışıqları Uitkoff özü istəyib.

İran mediası xəbər verir ki, Əraqçi həmsöhbətinə xatırladıb ki, Tehran yalnız ABŞ-ın İrana qarşı dəniz blokadası qaldırılacağı, dondurulmuş aktivləri geri qaytarılacağı və Livan da daxil olmaqla "bütün cəbhələrdə" düşmənçilik əməliyyatları dayandırılacağı təqdirdə Hörmüz boğazını gəmiçilik üçün açmağa hazır olacaq.

İran tərəfi əvvəllər də bu cür şərtləri bir neçə dəfə səsləndirib.

Uitkoff və Əraqçi arasında görüş BMT Baş Assambleyası zamanı baş tutub. Əvvəlcə bu barədə Amerika tərəfi məlumat verib.

Amerika tərəfin xahişi ilə İran tərəflə görüş olub. Ancaq əvvəl deyilirdi ki Tramp və Pezeşkian da görüşəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ lideri Donald Tramp "Fox News" telekanalına açıqlamasında bildirmişdi ki, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə, böyük ehtimalla, hazırdır. Lakin sözügedən tədbirdə Trampa Pezeşkianın görüşü olmayıb.

ABŞ prezidenti ilə Pezeşkianın görüşü niyə olmadı? BMT də bu görüşün baş tutmamasının səbəbi nədir?

“The Guardian”ın yazdığına görə, ABŞ Prezidenti Donald Tramp ilə İran Prezidenti Məsud Pezeşkian arasında birbaşa görüşün baş tutmamasının əsas səbəbi iki ölkə arasında davam edən aktiv hərbi-siyasi gərginlik, kəskin ritorika və tərəflərin rəsmi birbaşa dialoq üçün şərtlərdə razılığa gələ bilməməsidir.

BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində liderlərin mümkün tarixi görüşü barədə iddialar olsa da, bunun bir neçə səbəb özündən baş tutmadığı deyilir.

“Al Jazeera”ya görə, D.Tramp öz çıxışında İranı "terrorun bir nömrəli sponsoru" adlandırıb və nüvə ambisiyalarından əl çəkməyəcəyi təqdirdə ölkəni "məhv edə biləcəyi" xəbərdarlığını edib. Pezeşkian isə cavabında ABŞ-ı "zorba və terrorist" adlandıraraq, İranın heç vaxt güc qarşısında baş əyməyəcəyini vurğulayıb. Hətta Pezeşkianın çıxışı zamanı ABŞ nümayəndə heyəti zalı tərk edib.

Başqa bir varianta görə, Donald Trampın rəsmi görüş cədvəlində İran prezidenti ilə ayrıca ikitərəfli müzakirə yer almayıb. ABŞ rəsmiləri dialoqa açıq olduqlarını bildirsələr də, yüksək səviyyəli birbaşa görüş öncədən planlaşdırılmamışdı.

Ekspertlər bildirir ki, İranda mühafizəkar dairələr Pezeşkianın Trampla hər hansı formada görüşmək ehtimalını kəskin tənqid ediblər. Onlar ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqolar və keçmiş gərginliklər fonunda bu addımın ölkənin nüfuzuna xələl gətirəcəyini müdafiə ediblər.

ABŞ rəsmi Tehrana qarşı təzyiq siyasətinin bir hissəsi olaraq Pezeşkianın mətbuat heyətinin və bəzi nümayəndələrinin Nyu-Yorka gəlməsi üçün viza verməkdən imtina edib.

Burada pərdəarxası müzakirələrin getdiyini deyənlər də var. Qeyd olunur ki, birbaşa liderlər səviyyəsində görüş olmasa da, Nyu-Yorkda pərdəarxası diplomatik təmaslar baş tutub. Donald Trampın xüsusi elçiləri (Stiv Uitkoff və Cared Kuşner) Qətərin vasitəçiliyi ilə İran nümayəndə heyəti (Xarici işlər naziri Abbas Əraqçi) ilə Hörmüz boğazının açılması, sanksiyaların ləğvi və dondurulmuş aktivlər barədə dolayı (vasitəli) danışıqlar aparıblar.

“Alyans” SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, prezident Trampla İran prezidentinin görüşünün mümkünlüyü barədə müəyyən ehtimallar səslənmişdi. “Ancaq bu görüş baş tutmadı. Əslində, ABŞ və İran prezidentlərinin görüşünün baş tutacağı real görsənmirdi. Çünki hələ İranla ABŞ nümayəndələri üzbəüz oturub danışmağı mümkün saymırlar. Ortada vasitəçilər əvvəl bir nümayəndə heyətinin yerləşdiyi otağa gedir, onun fikirlərini öyrənir, sonra o biri otağa keçir və onu qarşı tərəfə çatdırır, ardınca qarşı tərəfin mövqeyini o biri tərəfə çatdırır. Danışıqlar bu səviyyədə keçirilir. Nəticə də yoxdur.

İndi Trampa Pezeşkianın görüşü necə olmalı idi? Burada da vasitəçilər otaqları gəzməli idilər? Söhbət təkcə bu görüşlərin necə keçirilməsindən getmir, tərəflərin mövqeləri arasında çox böyük uçrum var. Xüsusilə İran ABŞ-ı qarşısında müxtəlif tələblər qoymaqda davam edir və ABŞ-da aralıq seçkilərinə bir aydan bir az artıq vaxt qalıb, təbiidir ki, onların bu şərtlərini qəbul edib danışıqlar aparması mümkünsüzdür. Ümumiyyətlə, İran hər məsələdə şərtlər irəli sürməklə prosesi düyünə salır. İndi Hörmüz boğazının açılması məsələsini də üç şərtlə bağlayıb. Blokadanın götürülməsi, aktivlərin üzərindən həbsin ləğv olunması və aktivlərin İrana verilməsi və hərbi əməliyyatların dayandırılması”.

A.Səmədov vurğuladı ki, burada söhbət təkcə ABŞ-la İrandan getmir, eyni zamanda İran İsraillə Livan arasında da hərbi əməliyyatların dayandırılmasını tələb edir. A.Səmədov qeyd etdi ki, bu tələblərin indiki şəraitdə ABŞ tərəfindən qəbul olunması, danışıqların da nəticə verməsi mümkün deyil. “Ümumiyyətlə, hələ danışıqlara başlamaq imkanı da yoxdur. Çünki tərəflər bir-birinin mövqeyini zəiflətməyə, bir-birini daxili auditoriya qarşısında çıxılmaz vəziyyətə salmağa çalışırlar. Bu cür danışıqların aparılması mümkünsüzdür. ABŞ-n prezidenti bəyan edir ki, İran bizə yalvarır, qarşımızda diz çökür. İran tərəfi də deyir ki, biz Amerikanı məğlub etdik, ABŞ yalnız bizim şərtlərimizlə danışıqlar masasına otura bilər. Aydındır ki, bu cür ritorikanın davam etdiyi şəraitdə nornal danışıqların keçirilməsi mümkün deyil. BMT Baş Assambleyasının gedişində baş tutan bu danışıqlar da əslinə qalsa ciddi bir nəticə verməyib və verə də bilməz. Sadəcə olaraq danışqlar görüntüsü yaratdılar ki, bu proses davam edir. Ancaq o şərtləri, İranın tələb etdiyi məsələləri qəbul etmədən danışqlar da mümkünsüzdür. ABŞ-ın da bu şərtləri qəbul etmək imkanı yoxdur”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:15
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 17:12
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ