"Rəhbəri olduğum layihə -"Azərbaycan Cümhuriyyətinin (1918–1920) interaktiv rəqəmsal xəritəsi və şəxsiyyətlər üzrə bio-biblioqrafik məlumat bazasının yaradılması" AMEA Tarix və Etnologiya İnstitutunun Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin komandası ilə birgə böyük zəhmət hesabına hazırlanaraq Azərbaycan Elm Fondunun qrant müsabiqəsinə təqdim edilmişdi.
Nəticə isə heyrət doğurur: Layihəmiz heç bir elmi ekspertizaya buraxılmadan, qondarma "texniki tələblərə cavab vermir" bəhanəsi ilə birbaşa kənarlaşdırıldı. Bütün rəsmi təlimat və parametrlərə dəqiqliklə riayət edilərək hazırlanan belə bir tədqiqata konkret hansı nöqsanın olduğunu belə göstərmədən, şablon bir cümlə ilə imtina vermək nə obyektivlikdir, nə də şəffaflıq". Bu fikirləri baki-xeber.com-a tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi Mübariz Ağalarlı deyib.
Qeyd edək ki, AMEA -nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun bir qrup əməkdaşı Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə bildirilir ki, sözügedən institut tərəfindən 2026-cı ilin Əsas Qrant müsabiqəsinə təqdim edilmiş 8 layihənin hamısından Azərbaycan Elm Fondunun qeyri-şəffaf şəkildə imtina edib.
İradə SARIYEVA
M.Ağalarlı redaksiyamıza Elm Fondunun ona göndərdiyi məktubun surətini də göndərdi. O məktubun da foto şəklini təqdim edirik