Cümə axşamı günü, 24 sentyabr 2026
     

Tarixçi alimlər: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Elm Fondu tərəfindən qrant layihələri üzrə müsabiqələr obyektiv, aşkar və şəffaf keçirilmir”

Image


AMEA -nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun bir qrup əməkdaşı Prezident İlham Əliyevə müraciət edib. Alimlərin Prezidentə müraciəti Tarix və Etnologiya İnstitutunun rəsmi Facebook səhifəsində paylaşılıb. Müraciətdə bildirilir ki, sözügedən institut tərəfindən 2026-cı ilin Əsas Qrant müsabiqəsinə təqdim edilmiş 8 layihənin hamısından Azərbaycan Elm Fondunun qeyri-şəffaf şəkildə imtina edib.

Müraciətdə vurğulanır:

Hörmətli cənab Prezident,

21 oktyabr 2009-cu ildə yaradılan və 2010-cu ildə nizamnaməsi təsdiq edilən Elmin İnkişaf Fondu 2022-ci ildə Azərbaycan Elm Fondu publik hüquqi şəxsə çevrilmişdir. Fondun əsas məqsəd və istiqamətlərinə ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında elmi potensialdan səmərəli istifadə, fundamental və tətbiqi elmi tədqiqatların stimullaşdırılması, qrant müsabiqələri vasitəsi ilə elmi layihələrin maliyyələşdirilməsi daxildir. Azərbaycan elminin dünya tələblərinə uyğun olaraq, qrant layihələri çərçivəsində maliyyələşdirilməsi alimlərin qarşısında böyük elmi yaradıcılıq perspektivləri açmışdır.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Elm Fondu tərəfindən qrant layihələri üzrə müsabiqələr obyektiv, aşkar və şəffaf keçirilmir.

Tarix və Etnologiya İnstitutu tərəfindən Elm Fondunun 2026-cı ilin əvvəlində elan etdiyi qrant layihəsi üzrə müsabiqəyə 8 layihə təqdim edilmişdir. Həmin layihələrin, rəhbərlərinin və üzvlərinin adlarını burada qeyd etmək istəyirik:

1. "Azərbaycan tarixinə dair xarici arxiv mənbələri əsasında rəqəmsal mənbəşünaslıq platformasının yaradılması" layihəsi. Layihənin rəhbəri: Vaqif Abışov, Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent. Layihənin üzvləri: Vidadi Umudlu, tarix elmləri doktoru, dosent; İradə Əliyeva, tarix üzrə fəlsəfə doktoru, dosent; Pərvin Ahənçi, tarix üzrə fəlsəfə doktoru, dosent; Aynur Orucova, kiçik elmi işçi.

2. "Azərbaycan Cümhuriyyətinin (1918-1920) interaktiv rəqəmsal xəritəsi və şəxsiyyətlər üzrə bio-biblioqrafik məlumat bazasının yaradılması" layihəsi. Layihənin rəhbəri: Mübariz Ağalarlı, tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi. Layihənin üzvləri: Kamran İsmayılov, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent; Aygün Əzimova, tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi; Natiq Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru, dosent; aparıcı elmi işçi; İradə Qurbanova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri.

3. "Azərbaycanın dövlətçilik tarixi: gənclər üçün maarifləndirmə layihəsi". Layihənin rəhbəri: Günel Musayeva, Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent. Layihənin üzvləri: Alı Balayev, tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi; Elnur Kəlbizadə, tarix üzrə fəlsəfə doktoru, dosent; Südabə Hüseynova, psixologiya üzrə fəlsəfə doktoru, dosent.

4. "Qarabağ müharibəsi və Böyük Qayıdışın tarixi salnaməsi" layihəsi. Layihənin rəhbəri: Ədalət Mustafayev, Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru. Layihənin üzvləri: Nazim Məmmədov, tarix elmləri doktoru, baş elmi işçi, professor; Rəna Baxışova, tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi; Nərminə Əmirbəyova, tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi; Həlimə Kazımova böyük elmi işçi.

5. "Qərbi Azərbaycan tarixi" (I və II cild. Monoqrafiya) layihəsi. Layihənin rəhbəri: Cəbi Bəhramov, Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent. Layihənin üzvləri: Ziyad Əmrahov, tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi; Elmar Məhərrəmov, tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi; Elçin Qarayev, tarix elmləri doktoru, dosent, baş elmi işçi; Bəxtiyar Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi.

6. "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan Respublikası regional və qlobal sabitliyin strateji aktoru kimi" layihəsi. Layihənin rəhbəri: Tofiq Mustafazadə, Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor. Layihənin üzvləri: Mahir İbrahimov, tarix üzrə fəlsəfə doktoru, dosent; Pərvanə Mustafazadə, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent; Elmin Məmmədli, doktorant.

7. "İkinci Dünya müharibəsindən sonra müstəmləkə imperiyalarının süqutu, Asiya və Afrikada müstəqil ölkələrin yaranması və Qoşulmama Hərəkatının formalaşması (Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olmasının əhəmiyyəti)". Layihənin rəhbəri: İradə Bağırova, Dünya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor. Layihənin üzvləri: Nailə Hüseynova, tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi; İradə Əliyeva, tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi; Səidə Kazımova, elmi işçi.

8. "Qarabağın su yaddaşı: süni intellekt əsaslı tədqiq". Layihənin rəhbəri: Nigar Camalova, Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru. Layihənin üzvləri: Bəhmən Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent, elmi katib; Flora Məmmədova, coğrafiya üzrə fəlsəfə doktoru.

Təqdim edilən hər bir layihə elmi istiqamətləri, aktuallığı və əsasən də təcrübi əhəmiyyəti ilə diqqəti cəlb edir. Layihə rəhbərləri və üzvləri təqdim edilən layihələr üzrə yüksək ixtisaslı mütəxəssislərdir. Bu layihələrdə 35 alim və mütəxəssis təmsil olunmuşdur.

Layihə rəhbərləri Azərbaycan Elm Fondu tərəfindən məqsədyönlü şəkildə yaradılan bütün bürokratik əngəlləri, sözün əsl mənasında dəf edərək, böyük çətinliklə onları müsabiqəyə təqdim edə bilmişdir. Lakin müsabiqənin nəticələri bizdə dərin təəssüf hissi yaratmışdır. İnstitut tərəfindən təqdim edilən layihələrin bir hissəsi heç bir əsaslı səbəb göstərilmədən, digər hissəsi isə haqqında ümumiyyətlə münasibət bildirilmədən rədd edilmişdir. Azərbaycan Elm Fondunun belə bir iş üsulu müasir dünyada bu sahədə qəbul edilmiş heç bir tələbə cavab vermir.

Azərbaycan Elm Fondunun "Əsas qrant müsabiqəsi-2026" qalib layihələrin siyahısı da bu təşkilatda işlərin müasir səviyyədə qurulmadığını əyani şəkildə təsdiqləyir. Həmin siyahının nəzərdən keçirilməsi zamanı ən müasir texniki vasitələr və preparatlar ilə təmin edilmiş laboratoriyalar tələb olunan mövzular ilə adi tədqiqat tələb edən mövzular arasında fərq qoyulmadığı, ucdantutma bərabərləşdirilərək hər birinə 120.000 manat ayrıldığı aydın olur. Tarix və Etnologiya İnstitutunun bilavasitə, prioritetinə aid olan bir mövzu üzrə qalib layihəyə ("Qarabağ və Şərqi Zəngəzurun xristian dini inzibati mərkəzlərində tarixi, arxeoloji və etnoloji tədqiqatlar. (Gəncəsər, Xudavəng, Amaras, Ağoğlan, Böyük Aran və Müqəddəs Yelisey monastr kompleksləri əsasında") diqqəti cəlb etmək istəyirik. Bu layihənin adı elmi cəhətdən tamamilə səhvdir. Təqdim olunan monastr komplekslərinin hamısı "xristian dini inzibati mərkəzi" olmamışdır. Tarix və Etnologiya İnstitutunun mütəxəssisləri kimi respublikada, bilavasitə tarix və etnologiya sahəsində fəaliyyət göstərən tədqiqatçılar bizə yaxşı məlumdur. Bu qalib layihə üzrə hansı mütəxəssislər tarix və etnoloji tədqiqatlar aparacaqdır? Azərbaycan Elm Fondunun həmin layihə üzrə kimləri qalib etməsi barədə məlumatların geniş elmi ictimaiyyətə çatdırılması zəruridir.

Göstərilən bir neçə faktdan aydın olur ki, Azərbaycan Elm Fondu dövlətin və elmi ictimaiyyətin ona olan etimadını doğrultmur. Bunu əsas tutaraq fondun son dövrdəki fəaliyyətinin ciddi şəkildə araşdırılmasına, onun işində şəffaflığın və aşkarlığın təmin edilməsinə ehtiyac vardır.

Hörmətli Prezident, Sizdən xahiş edirik ki, Azərbaycan Elm Fondunun son illərdəki fəaliyyətinin, o cümlədən "Əsas qrant müsabiqəsi-2026" üzrə qaliblərin müəyyən edilməsinə dair sənəd və materialların araşdırılmasına müvafiq göstəriş verəsiniz".

Müraciəti imzalar:

1. Vaqif Abışov, Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent

2. Kamran İsmayılov, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent

3. Günel Musayeva, Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

4. Ədalət Mustafayev, Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru

5. Cəbi Bəhramov, Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

6. Tofiq Mustafazadə, Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor

7. İradə Bağırova, Dünya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor

8. Nigar Camalova, Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

24.09.2026 / 15:15
İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

24.09.2026 / 14:22
Tarixçi alimlər: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Elm Fondu tərəfindən qrant layihələri üzrə müsabiqələr obyektiv, aşkar və şəffaf keçirilmir”

24.09.2026 / 14:14
Xəzər dənizində təlim zamanı 9 Qazaxıstan hərbçisi həlak oldu

24.09.2026 / 14:09
Ukrayna Aİ-nin sanksiya siyahısına Usmanov və Fridmanın yerinə başqa iki rus oliqarxın salınmasını təklif etdi - Lisin və Potanin…

24.09.2026 / 13:55
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib – erməni nazir açıqladı…

24.09.2026 / 13:41
Ukrayna Rostovda neft anbarını, Kubanda isə neft emalı zavodunu vurdu…

24.09.2026 / 13:27
Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlandı

24.09.2026 / 13:15
Bakıda Formula 1 rekordu - xarici qonaqların sayı 16 mini keçdi

24.09.2026 / 13:05
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO

24.09.2026 / 12:50
Nizamidə şirkət anbarından 51 min manatlıq kombi oğurlandı...

24.09.2026 / 12:38
YAP-ın VIII Qurultayının keçiriləcəyi tarix məlum oldu

24.09.2026 / 12:33
Nyu-Yorkda ABŞ-İran danışıqlarının təfərrüatları sızdırıldı - Vaşinqton Tehranın Hörmüz təklifini rədd etdi…

24.09.2026 / 12:20
Dini konfessiya rəhbərləri Anım Günü ilə bağlı bəyanat yaydı - 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir...

24.09.2026 / 12:07
Avrokomissiya rəsmisi rusları Putini devirməyə çağırdı – hər şey onlardan asılıdır…

24.09.2026 / 11:40
Paşinyan rusiyalı jurnalistə cavab - "Niyə iki stul? Biz bir erməni stulunda oturmuşuq"…

24.09.2026 / 11:23
Suraxanıda şübhəli şəxsdən 32 kq narkotik aşkarlandı

24.09.2026 / 11:08
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli oldu

24.09.2026 / 10:50
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

24.09.2026 / 10:24
"TRIPP regional əlaqələrin inkişafına xidmət edəcək" - Ceyhun Bayramov

24.09.2026 / 10:01
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi və 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - FOTO

24.09.2026 / 09:56
Ərdoğan Paşinyanı Türkiyədə keçiriləcək COP31 liderlər sammitinə dəvət etdi

24.09.2026 / 09:40
IV Bakı Təhlükəsizlik Forumu keçirilib

24.09.2026 / 09:25
Şahmatçılarımız erməni qadınlara niyə uduzub?

24.09.2026 / 09:19
Paşinyanın deputatları "Arsax"sözü gələn kimi parlamenti tərk etdilər

24.09.2026 / 09:11
Formula 1 üzrə Azərbaycan Qran-Prisi start götürür

24.09.2026 / 08:03
Tramp Starmerin siyasətini “axmaqca” adlandırdı

24.09.2026 / 07:47
Karib ölkələri Britaniyaya qarşı - onilliklərə dayanan “fəaliyyət planı” hazırlanır

24.09.2026 / 07:20
Britaniya-Yunanıstan gərginliyi yenə çözülmədi - “Oğurlanmış” Elgin heykəlləri arada qalıb…

24.09.2026 / 06:58
İran prezidentindən İsveçrə Konfederasiyası Prezidentinə maraqlı hədiyyə - ABŞ nümayəndə heyəti zalı tərk etdi

24.09.2026 / 06:46
Kolizey bağlandı - bədbəxt hadisə üzündən…

24.09.2026 / 06:35
Putin ABŞ-a xüsusi nümayəndəsini göndərdi - Vitkof və Kuşnerlə danışıqlar üçün

23.09.2026 / 22:47
Azərbaycan-ABŞ münasibətləri Nyu-Yorkda müzakirə olundu

23.09.2026 / 22:32
Yəmən husiləri ABŞ-ı hədələdi – Sizi də vurarıq…

23.09.2026 / 22:16
Putin deputat mandatlarının beşdə birini Ukrayna veteranlarına güzəşt etdi - Niyə?...

23.09.2026 / 21:59
ABŞ-dan bir şey çıxmadı, Britaniya husilərə qarşı müharibəyə başlayır...

23.09.2026 / 21:43
Tramp Cinpinlə görüşmək üçün 60 illik protokolu pozacaq...

23.09.2026 / 21:35
Qeyri-neft sektorunun inkişafına yeni arena açıldı...

23.09.2026 / 21:21
Ceyhun Bayramov Nyu-Yorkda fransalı həmkarı ilə görüşdü

23.09.2026 / 21:18
Bu yandan sovet hökuməti, o yandan ermənilər - Azərbaycan iqtisadiyyatında ikiqat məhv edilmiş sahə...

23.09.2026 / 21:16
Trampın çıxışı zamanı İran nümayəndə heyəti zalı tərk etdi

23.09.2026 / 21:02
Neft hasilatımızın azalması rəsmən təsdiqləndi - əvəzində daha böyük uğurumuz var...

23.09.2026 / 20:47
Deputatın maraqlı iradı - informasiya sorğusuna cavab vermədiyinə görə 1500 manat cərimə...

23.09.2026 / 20:31
Yeni Dövlət Proqramı ilə bağlı xarici sərmayəçilərə ciddi xəbərdarlıq edildi...

23.09.2026 / 20:24
“Zelenski istəsə, Moskvaya gələ bilər; təhlükəsizliyini təmin edəcəyik” - Kreml

23.09.2026 / 20:18
“Filizçay”da “AzerGold” şirkətinə böyük dövlət etimadı - Doğrulda biləcəkmi?...

23.09.2026 / 20:05
Pezeşkian BMT tribunasından ABŞ və İsraili iranlı uşaqların ölümündə günahlandırdı - ABŞ nümayəndəsi zalı tərk etdi…

23.09.2026 / 19:48
Rubio və Lavrov arasında təxminən bir saat çəkən qapalı görüş keçirildi…

23.09.2026 / 19:33
Özbəkistanın ixrac-idxalında Azərbaycan önəmli rola sahiblənir...

23.09.2026 / 19:09
Hörmüz boğazından keçən daha bir yük gəmisi vuruldu…

23.09.2026 / 18:56
Azad edilmiş rayonların dağ-mədən sənayesində yeni yüksəliş dövrü başlanır...

23.09.2026 / 18:41
Mansur Yavaş da CHP-dən getdi

23.09.2026 / 18:29
Prezident İlham Əliyevin tapşırığı ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına yeni nəfəs verildi

23.09.2026 / 18:18
Avropa İttifaqı Gürcüstandan əl çəkmir - müxalifətə pul ayırır...

23.09.2026 / 18:06
Trampın jurnalistlərlə “müharibəsi” şiddətlənir...

23.09.2026 / 17:55
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür etdi

23.09.2026 / 17:50
Dağ-mədən proqramı: gəlir iki dəfə artmalıdır, amma 5.3 milyard manat investisiya lazımdır...

23.09.2026 / 17:48
Azərbaycanla Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər quruldu

23.09.2026 / 17:14
Əfv sərəncamının icrası başa çatdı

23.09.2026 / 16:56
Cəmi 4 ilə 5 mindən çox yeni iş yeri - Çətin də olsa, misilsizdir...

23.09.2026 / 16:40
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verdi

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 16:14
MŞ-da “Süni intellekt dövründə media monitorinqi və analitika: Mediatrends imkanları” mövzusunda toplantı keçirildi

23.09.2026 / 16:08
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verildi

23.09.2026 / 16:06
“AzerGold”un Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 15:48
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ