Cümə günü, 25 sentyabr 2026
     

Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

Image


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüş keçirib. Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayaraq, 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində nail olunmuş razılaşmalardan sonra əldə olunmuş irəliləyişi nəzərdən keçirib.

Görüşdə Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yönəlib. Bu kontekstdə sülhün faydalarının praktiki nümunələri kimi Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələri vurğulanıb. Nazirlər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Bu arada isə Nyu-Yorkda Amerika rəsmiləri Azərbaycanı Zəngəzur vasitəsilə Naxçıvanla birləşdirən TRIPP-in praktiki icra mərhələsinə daxil olması üçün maliyyə və institusional mexanizmləri təqdim ediblər. ABŞ rəsmilərinin yanaşması göstərir ki, Tramp administrasiyası Azərbaycan və Ermənistan arasında diplomatik müstəvidə əldə olunan irəliləyişin iqtisadi və infrastruktur layihələri sahəsində işbirliyi ilə daha da möhkəmlənməsini istəyir. Elə bu kontekstdə TRIPP layihəsinin icrasının sürətlənməsi təkcə Azərbaycanın və Ermənistanın yox, ABŞ-ın öz maraqları ilə da tamamilə üst-üstə düşür. İndi qarşıda duran əsas vəzifə TRIPP-in praktiki müstəvidə reallaşmasını tezləşdirməkdir. ABŞ-ın bu istiqamətdə daha aktiv fəaliyyətə start verməsi Azərbaycanın ideya müəllifi olduğu Zəngəzur dəhlizinin və ya başqa bir adı ilə TRIPP layihəsinin icrasının sürətlənəcəyini göstərir. Hələlik isə rəsmi Vaşinqton TRIPP layihəsinin icrasının praktiki mərhələyə daxil olmasının tezləşdirilməsi üçün Nyu-Yorkda müvafiq maliyyə və institusional mexanizmlərini açıqlayıb. Bununla bağlı təqdimat Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ hökumətinin təşkilatçılığı ilə keçirilən “Sülh vasitəsilə rifah: Trans-Xəzər Ticarət Marşrutuna və TRIPP-ə investisiya” adlı tədbirdə baş tutub. Burada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Montana ştatından respublikaçı senator Stiv Deyns, eləcə də Azərbaycan, Ermənistan, Gürcüstan və beş Orta Asiya dövlətinin nümayəndələri iştirak edib. Müzakirələrin əsas diqqəti TRIPP-in 2025-ci ilin avqust ayında Ağ Evdə əldə edilmiş siyasi razılaşmadan maliyyələşdirmə, institusional mexanizmlərin formalaşdırılması və infrastruktur planlaşdırması da daxil olmaqla müvafiq işlərin artıq praktik, icra mərhələsinə keçid üzərində fokuslanıb. Stiv Uitkoff TRIPP-in, sadəcə nəqliyyat əlaqəsi deyil, sülh prosesinin iqtisadi davamı olduğunu vurğulayıb: “Rəsmi dairələr və şirkətlər beynəlxalq təchizat zəncirlərindəki potensial rolunu araşdırmağa başladıqca, TRIPP-in iqtisadi əhəmiyyəti onlar üçün daha da aydınlaşıb. Bu marşrutun bəzi yük daşınmalarının müddətini üç həftəyə qədər azalda biləcəyinə dair proqnozlar TRIPP-ə marağı artırır. İndi hər kəsin diqqəti malların daşınmasına və onların bazara çatdırılma sürətinə yönəlib. TRIPP qlobal ticarətdəki mövcud maneələri aşmağa, hazırda mürəkkəb və ya səmərəsiz tranzit marşrutları ilə ayrılmış bazarları birləşdirməyə kömək edə bilər. Nəticədə bütün dünya yenidən bir-biri ilə əlaqə quracaq”. ABŞ tərəfindən o da xüsusi qabardılır ki, TRIPP-in Transxəzər ticarət marşrutu ilə əlaqəsi bu layihənin potensialının daha böyük olmasını üzə çıxarır. Nəticədə TRIPP-ə beynəlxalq maraq sürətlə artır. ABŞ Dövlət Departamentinin məlumatına görə, layihə üzrə hazırda təklif olunan dəmir yolu marşrutu üzrə texniki, ekoloji və sosial amilləri əhatə edən mühəndislik, eləcə də texniki-iqtisadi əsaslandırma tədqiqatı aparılır. Ayrı bir texniki-iqtisadi əsaslandırma tədqiqatı nəqliyyat marşrutları ilə yanaşı enerji və rəqəmsal infrastrukturun da yerləşdirilməsi imkanlarını araşdırır. Bu tədqiqatlar özəl kapitalın cəlb edilməsi üçün zəmin yaratmalıdır. Nyu-Yorkdakı tədbir zamanı TRIPP ətrafında hazırlanan maliyyə mexanizmləri də təqdim edilib. Məlum olub ki, Vaşinqton və İrəvan infrastruktur layihələrinin inkişafına nəzarət edəcək TRIPP İnkişaf Şirkətini yaradırlar. Eyni zamanda, ABŞ daha geniş Transxəzər ticarət marşrutu boyunca layihələrə özəl investisiyalar cəlb etmək məqsədi daşıyan ayrıca Transxəzər Sahibkarlıq Fondunun yaradılmasını dəstəkləyir. Bu fond və TRIPP İnkişaf Şirkəti ayrı qurumlardır. Atlantik Şurasının Avrasiya Mərkəzinin direktor müavini Endryu D'Anieri qeyd edir: “TRIPP-in təşviqi və regiondan yüksək vəzifəli şəxslərin, böyük Amerika şirkətlərinin iştirakı ilə Trans-Xəzər Vençur Fondunun elan edilməsi Amerikanın bu biznesə ciddi yanaşdığının açıq bir siqnalıdır. Vençur fondu əvvəllər ABŞ-nin dəstəyi ilə yaradılmış oxşar fondların təcrübəsinə əsaslanaraq Amerika kapitalını cəlb etmək üçün nisbətən sürətli bir mexanizmə çevrilə bilər. TRIPP-lə bağlı siyasi razılaşma artıq əldə edilib, lakin tikinti prosesi başlamazdan əvvəl mühəndislik tədqiqatları, tənzimləyici təsdiqlər, maliyyələşdirmə və tenderlər tələb edir. Təkcə dəmir yolunun inşası tikinti başlandıqdan sonra ən azı 18 ay çəkəcək”.

TRIPP-in Transxəzər ticarət marşrutu ilə əlaqələndirilməsi onu daha cəlbedici layihə halına gətirir. Transxəzər ticarət marşrutu və ya Orta Dəhliz son illərdə Çin və Orta Asiyanı Qafqaz, həmçinin Avropa ilə birləşdirən şərq-qərb ticarət yolu kimi indi xüsusi diqqəti cəlb edir. Vaşinqtonun perspektivindən TRIPP olduqca mühüm bir bölgədə Amerika biznesinin iştirakını artırarkən, Orta Dəhliz önəmli bir halqaya çevriləcək. Respublikaçı senator Stiv Deyns qeyd edir ki, Cənubi Qafqaz və Orta Asiyada ABŞ aktiv aktorlardan biri olmalıdır və bu səbəbdən TRIPP-in mümkün qədər tez reallaşmasına çalışmalıdır. ABŞ Dövlət Departamenti isə bildirir ki, son 13 ay ərzində Vaşinqton Ermənistanda infrastruktura investisiya qoymaq və onu idarə etmək üçün lazımi hüquqi çərçivə yaratmaq üzərində işləyir. Eyni zamanda, ABŞ Konqresi sülh prosesini və layihələrin inkişafını dəstəkləmək üçün maliyyə ayırıb. Proseslər Rusiya və İranda da diqqətlə izlənir. Rusiya Beynəlxalq İşlər Şurasının sabiq baş direktoru Andrey Kortunov bildirir: “Rusiya Ermənistan və Azərbaycan arasında əldə edilən razılaşmanı alqışlayır və ABŞ-ın belə bir razılaşmaya nail olmaq səylərini müsbət qiymətləndirir. Lakin Rusiyanın regionda öz nəqliyyat maraqları var və o, bunu qorumağa çalışacaq. Bu, ümumilikdə Rusiyanın nəqliyyat strategiyasının bir hissəsidir və xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı ilə bağlıdır. Başqa sözlə, bu, təkcə Cənubi Qafqaz məsələsi deyil, ümumiyyətlə Avrasiya kommunikasiya yolları məsələsidir”.

İstənilən halda görünən odur ki, müxtəlif qüvvələrin fərqli yanaşmasından asılı olamayaraq, ABŞ TRIPP layihəsinin mümkün qədər tez baş tutmasında maraqlıdır və bu istiqamətdə də müvafiq addımlar atır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

24.09.2026 / 19:59
ABŞ-ın özünün sorğuları Tramp üçün faciəli nəticələr ortaya qoyub...

24.09.2026 / 19:44
Dağ-mədən sənayesində “tam zəncirin yaradılma” prosesi başladı...

24.09.2026 / 19:30
Dövlət büdcəmiz ilk dəfə test qaydasında tərtib olunacaq - Əsədov təsdiqlədi...

24.09.2026 / 19:06
Təbii sərvətdən milli rifaha aparan yol

24.09.2026 / 18:55
Alüminium sənayemizə xarici kapitalın irticaçı müdaxilə cəhdi alınmadı - Prezidentin qərarı...

24.09.2026 / 18:50
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə

24.09.2026 / 18:37
1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

24.09.2026 / 18:20
"Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir" - Baş nazir

24.09.2026 / 18:16
Polisə Dəstək İctimai Birliyi SDU-da “İnsan Alverinə qarşı mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda tədbir keçirib

24.09.2026 / 18:10
Əhliman Əmiraslanov Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı iştirak edib - FOTO

24.09.2026 / 18:06
DİN "Formula 1"-lə əlaqədar əhaliyə müraciət etdi - VİDEO

24.09.2026 / 17:51
Moskva İrəvanı hərblə təhdid edir, daxildəki Rusiyayönümlü qüvvələr “sahibsiz” qalmaq istəmir...

24.09.2026 / 17:40
Peskov növbəti dəfə Ermənistana çağırış etdi - AİB və Aİ ilə bağlı qərarınızı verin…

24.09.2026 / 17:32
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manat olan şirkətə çevrilməyi hədəfləyir

24.09.2026 / 17:25
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçu hədəfləri artilleriya atəşi ilə məhv edildi - VİDEO

24.09.2026 / 17:16
"Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir" - “AzerGold”un sədri

24.09.2026 / 17:13
Nazir Vilayət Eyvazov xarici dövlətlərin Polis akademiyalarına ezam olunan polis kursantları ilə görüşdü - FOTO

24.09.2026 / 17:08
Şəhid anası unudulmur

24.09.2026 / 17:04
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq - FƏRMAN

24.09.2026 / 16:54
“Layihəmiz heç bir elmi ekspertizaya buraxılmadan, qondarma “texniki tələblərə cavab vermir” bəhanəsi ilə birbaşa kənarlaşdırıldı” - Mübariz Ağalarlı

24.09.2026 / 16:33
Formula 1 - İkinci sərbəst yürüşdə qəza baş verdi

24.09.2026 / 16:33
Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

24.09.2026 / 16:22
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi

24.09.2026 / 16:18
BMT dəhlizlərində qapalı ABŞ-Rusiya danışıqları...

24.09.2026 / 16:11
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 6 nəfər saxlandı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ