Cümə axşamı günü, 12 noyabr 2026
     

Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

Image


Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin dekabrda ABŞ-da keçiriləcək G20 sammitində iştirak edib-etməməsi Moskvanın Ukrayna ilə ciddi danışıqlara nə dərəcədə hazır olduğunu göstərən, bir növ, "lakmus testi" ola bilər.

Vadefulun fikrincə, Rusiyanın real danışıqlara hazır olduğunun əsas göstəricisi Ukraynada atəşkəsin əldə olunmasıdır. O, Rusiyanı mümkün qədər tez danışıqlar masasına oturmağa çağırıb.

Kanadanın xarici işlər naziri Anita Anand isə Putinin G20 sammitində iştirakının boykot üçün səbəb olmamalı olduğunu deyib. Onun fikrincə, diplomatiya çətin məsələlərə baxmayaraq danışıqlar masasını qorumağı tələb edir.

ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Putinin dekabrda Mayamidə keçiriləcək G20 sammitinə dəvət edildiyini açıqlayıb. Kreml hələlik dəvətə cavab verməyib. ABŞ Konqresinin 14 senatoru isə Donald Trampa müraciət edərək Putinə göndərilən dəvətin geri götürülməsini istəyib.

Senatorlar hesab edir ki, Putinin G20-də iştirakına imkan verilməsi Rusiya hakimiyyətinin legitimləşdirilməsi və normallaşdırılması ilə bağlı narahatlıq yaradır. Onlar həmçinin bildiriblər ki, Putinin beynəlxalq təcriddən çıxarılması müharibənin dayandırılması üçün Moskva üzərində təzyiqi azalda bilər.

Qısa desək, G20 sammiti Rusiya ilə Qərb arasında Ukrayna müharibəsi üzrə diplomatik təmaslar baxımından mühüm platformaya çevrilə bilər. Almaniya Putinin iştirakını Moskvanın danışıqlara münasibətinin göstəricisi kimi qiymətləndirir, ABŞ-da isə onun sammitə dəvət olunması ətrafında siyasi fikir ayrılığı yaranıb.

Putinin G20 sammitinə gedib-getməyəcəyi ilə bağlı hələ də qeyri-müəyyənlik qalır - Putin sammitdə iştirak edəcəkmi? Digər tərəfdən, Almaniyanın xarici işlər nazirinin G20-də iştirakın Putinin Ukrayna məsələsində danışıqlara və müəyyən güzəştlərə razılaşmağa hazırlığını göstərə biləcəyi barədə fikri nə dərəcədə əsaslıdır? Kreml rəhbərinin belə bir dəvət əsasında Ukraynaya münasibətdə mövqeyini dəyişəcəyinə və danışıqlarda güzəştə gedəcəyinə inanmaq nə dərəcədə mümkündür?

Politoloq Oqtay Qasımov bu məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin G20 sammitində iştirakı hazırkı vəziyyətdə inandırıcı görünmür. Onun sözlərinə görə, bir müddət əvvəl Rusiya rəsmilərinin açıqlamalarından da Moskvanın bu toplantıda iştirak etmək niyyətində olmadığı barədə qənaət formalaşmışdı.

Politoloq hesab edir ki, Putinin sammitə qatılmamasının əsas səbəblərindən biri orada Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakçılar sırasında olmasıdır. Zelenskinin dəvəti qəbul etməsi və iştirakını təsdiqləməsi G20 çərçivəsində Rusiya-Ukrayna münasibətlərinin də diqqət mərkəzində olacağını göstərir.

Oqtay Qasımovun fikrincə, Putin sammitdə iştirak edərsə, müəyyən diplomatik təzyiqlərlə və arzuolunmaz situasiyalarla üzləşə bilər. "G20 zirvə toplantısında dünyanın ən böyük iqtisadi güclərinə və nüfuzlu dövlətlərinə rəhbərlik edən şəxslər iştirak edəcəklər. Eyni zamanda, Volodimir Zelenski də sammitə dəvət olunub və öz iştirakını təsdiqləyib. Bu baxımdan, Vladimir Putin orada hansısa sürpriz və ya arzuolunmaz vəziyyətlə qarşılaşmamaq üçün səfərdən imtina edə bilər”, - deyə politoloq bildirib.

Onun sözlərinə görə, hətta Rusiya liderinin münasibətlərinin normal olduğu bəzi dövlət başçıları tərəfindən Zelenski ilə görüşmək istiqamətində təşəbbüslərin irəli sürülməsi də mümkündür. Belə bir görüşə dair israr Putinin hazırkı siyasi mövqeyi və Moskvanın Ukrayna ilə bağlı yanaşması baxımından arzuolunmaz ssenari ola bilər.

Politoloq nəzəri baxımdan Putinin G20-də iştirakını tam istisna etməsə də, belə bir halda onun Volodimir Zelenski ilə görüşünün baş tutmasını real hesab etmir. Oqtay Qasımovun fikrincə, bunun əsas səbəbi Moskvanın Ukraynada müharibənin hazırkı mərhələdə dayandırılmasına maraqlı olmamasıdır.

"Rusiya hazırda özünün müəyyən etdiyi hədəflərə çatmadan müharibənin başa çatmasını istəmir. Moskvanın əsas məqsədlərindən biri ən azı Donetsk vilayətinin qalan hissəsinə nəzarəti ələ keçirmək və bununla da Donbas üzərində tam nəzarət məsələsində özünün minimum hədəfini reallaşdırmaqdır", - deyə politoloq vurğulayıb.

O qeyd edib ki, bu amillər nəzərə alınarsa, Putinin G20-yə dəvət olunmasına baxmayaraq, sammitdə iştirak etmək ehtimalı hazırda kifayət qədər aşağı görünür. Əgər Putin sammitə qatılarsa belə, bunun avtomatik olaraq Ukrayna ilə danışıqlara və ya Moskvanın mövqeyində ciddi dəyişikliklərə gətirib çıxaracağını düşünmək üçün əsas yoxdur.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ