Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dauren Kosanovu müdafiə naziri vəzifəsindən azad edib. Tengrinews.kz xəbər verir ki, prezidentin mətbuat xidməti müvafiq fərmanı dərc edib.
Kosanov 8 iyun 2025-ci ildə Tokayevin fərmanı ilə Müdafiə Nazirliyinin rəhbəri təyin edilib.
O, sentyabrın 24-də Manqistau bölgəsində hərbi dəniz təlimləri zamanı baş verən faciədən sonra istefa verib. Hərbçilər Xəzər dənizi sahilində döyüş təlimi keçirərkən hava qəfil pisləşib və külək güclənib. İlkin məlumatlara görə, 17 hərbçi dənizdə itkin düşüb.
Sentyabrın 25-nə olan məlumata görə, 14 hərbçinin cəsədi tapılıb. Üç əsgər isə xilas edilib. Elə həmin gün Qazaxıstan Müdafiə Nazirliyi axtarış əməliyyatının başa çatdığını elan edib.
Faciənin səbəblərini araşdırmaq üçün baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi hökumət komissiyası yaradılıb. Baş Prokurorluq da araşdırmalara başlayıb.
Tahir TAĞIYEV