Ermənistan İctimai Televiziyası (AİT) 27 sentyabrda əyləncə konsertinin yayımlanmasına görə tamaşaçılardan üzr istəyib.
"İctimai Televiziya tərəfindən 27 sentyabrda yayımlanan əyləncə konserti səhv bir qərar idi və baş verənlərə görə məsuliyyəti tam qəbul edirik", - deyə kanalın açıqlamasında bildirilir. Xatırladaq ki, həmin gün Azərbaycanın erməni işğalına qarşı 44 günlük Zəfər savaşının başlamasının 6 ili tamam olurdu. Bu üzdən Tata Simonyanın konsertinin İctimai televiziya ilə yayımlanması işğalçı ölkədə ciddi etirazlara səbəb olub.
SAMİRƏ