şənbə günü, 21 noyabr 2026
     

Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

Image


Azərbaycan əlverişli geosiyasi mövqeyi, zəngin təbii resursları və həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar sayəsində regionun ən cəlbedici investisiya məkanlarından biridir. Ölkəmizin investisiya mühitini gücləndirən və xarici investorlar üçün cəlbedici edən əsas amillər sırasında coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, enerji və nəqliyyat imkanlarının genişliyi, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, əlverişli biznes mühitinin mövcudluğu, ən əsası inkişafa yol açan siyasi və makroiqtisadi sabitlik xüsusi qeyd edilir. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi əksər dövlətlər arasında Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında tərəddüdlərin yaranmasına səbəb olmuşdu. Xarici investorlar ölkə iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, normal iqtisadi mühitin yaradılması bu tərəddüdləri aradan qaldırdı. Həyata keçirilən uğurlu siyasət ölkəmizi qısa müddətdə böyük investisiyalar məkanına çevirdi. Ümummilli Lider Heydər Əliyev yerli və xarici investorları ölkə iqtisadiyyatına investisiya yatırmağa çağırdı, həmin sərmayələrin təhlükəsizliyinə tam əmin ola biləcəklərini bildirdi. Bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin 350 milyard dollara çatdırılması məhz həmin dövrdə yaradılan möhkəm təməlin nəticəsidir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi hər bir beynəlxalq əhəmiyyətli tədbir, o cümlədən biznes forumlar, Bakı Enerji Həftəsi, Prezident İlham Əliyevin himayəsi altında keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya forumları ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Bu günlərdə dövlət başçısı İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir bir daha iqtisadi reallıqlarımızın təbliğində öz sözünü dedi. Forumda qlobal iqtisadi gündəm, investisiya perspektivləri və regional əməkdaşlığın yeni imkanları ətrafında geniş fikir mübadiləsi aparıldı. Forumda Azərbaycanın regional bağlantı və investisiya imkanları, Orta Dəhlizin inkişaf perspektivləri, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, kritik xammal və iqtisadi təhlükəsizlik əsas müzakirə mövzularını təşkil etdi. Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərində yeni imkanlar yaratmaq üçün mövcud potensialı təqdim olundu.

Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi. Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, indiyədək görülən işlər, şübhəsiz ki, gələcək inkişaf üçün ilkin şərt oldu. Çünki görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Beləliklə, bizim bu müsbət dinamikanı daha da inkişaf etdirməyimizə ehtiyac var. Millət vəkili bildirib ki, iqtisadiyyatın ikinci hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır. Qeyd etdiyimiz kimi, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, Avrasiya məkanında yük və enerji daşımalarını birləşdirən mühüm beynəlxalq tranzit ölkə kimi nüfuz qazanması nəqliyyat imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə, Türkiyəyə birbaşa gediş imkanları yaranır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, eləcə də Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir. Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə də, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisinə və yenidən qurulmasına böyük əhəmiyyət verir. Dövlət başçısı İlham Əliyevin çıxışında bu reallıqlar da diqqətə çatdırıldı. Ölkə Prezidenti bildirdi ki, biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi ola bilmərik. Beləliklə, bu, xüsusilə bəzi ənənəvi təchizat zəncirlərinin müəyyən risklərlə üzləşdiyi hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, əlavə stimullaşdırıcı amil ola bilər. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artımın olduğunu bildirən Prezident İlham Əliyev onu da əlavə etdi ki, bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Azərbaycan hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biridir. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi bu il 16 milyon tona çatacaq. Lakin hədəf 2030-cu ilədək hər iki istiqamətdə - həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarında daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır. Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın regionda rəqəmsal transformasiya və fəaliyyət mərkəzinə çevrilməsi ilə bağlı bir neçə istiqamətə də diqqəti yönəltdi. Əlbəttə, bunlardan biri potensialın, kadr imkanlarının formalaşdırılmasıdır. Dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildən etibarən ölkənin gələcək inkişaf modelini məhz insan kapitalının formalaşdırılması üzərində qurmuşdur. Onun bu strateji yanaşması "Qara qızılı insan kapitalına çevirək!" tezisi ilə dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Bu çağırış ölkənin yalnız neft və qaz resurslarından asılı olmaması, dayanıqlı inkişafın təmin edilməsi üçün təhsilin, elmin və innovasiyaların rolunu önə çəkdi. Bu strategiyanın uğurlu davamı olaraq ötən illər ərzində mühüm addımlar atılmışdır ki, bunlardan biri də gənclərin xarici ölkələrdə təhsil almasıdır. Həmçinin ölkəmizdə yeni texnologiyaların inkişafına və tətbiqinə böyük diqqət göstərildi. Dünyanın texnoloji yeniliklərinin Azərbaycanda müzakirə edilməsi bu sahədə qazandığımız uğurların, zəngin təcrübənin təsdiqidir. Prezident İlham Əliyev vurğuladı ki, hazırda təhsil sahəsində çox iş görülür. Artıq bir müddətdir ki, fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə atılmış ilk mühüm addım idi. Çünki təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir. Peşəkar və ixtisaslı kadrlar olmadan heç vaxt qarşıya qoyduğumuz məqsədlərə nail ola bilmərik. Bu gün kifayət qədər böyük maliyyə resurslarına malik olduğumuz üçün istənilən texnologiyanı əldə edə bilərik. Əlbəttə, əgər söhbət məxfi texnologiyalardan getmirsə. Təcrübəyə gəldikdə isə Prezident İlham Əlyev qeyd etdi ki, bu, çox mühümdür. Burada neft-qaz sənayesindəki təcrübəmiz yaxşı nümunədir. 1994-cü ildə Hasilatın pay bölgüsü haqqında Saziş imzalananda Qərbin enerji şirkətlərində çalışan əməkdaşların 90 faizindən çoxu əcnəbilər idi. İndi isə yəqin ki, əcnəbi əməkdaşların payı təxminən 5 faizdir. Bu, ölkənin inkişafına və potensialının formalaşdırılmasına misilsiz töhfə oldu. Hazırda çoxsaylı Azərbaycan vətəndaşı müxtəlif şirkətlərdə qlobal miqyasda fəaliyyət göstərir. Biz, həmçinin nümayəndələrimizin mühüm vəzifələr tutmasından məmnunuq və bununla fəxr edirik. Azərbaycanın savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu və təhsil sahəsində çox böyük işlərin görüldüyünü nəzərə alsaq kadr hazırlığı və potensialın gücləndirilməsi son dərəcə mühüm olacaq. 2003-cü ildə ilk dəfə Prezident seçildikdən dərhal sonra gənclərimizin xaricdə təhsil alması məqsədilə Dövlət Proqramı qəbul etdik. O vaxtdan bəri minlərlə, bəlkə də on minlərlə gəncimiz xaricdə təhsil alıb və onların mütləq əksəriyyəti geri qayıdıb. Beləliklə, bu, satın ala bilməyəcəyimiz bir potensialın formalaşdırılmasıdır. Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin tədbirdə "Cənab Prezident, burada toplaşmış trilyonlarla dollar həcmində kapitalı təmsil edənlər Azərbaycan və onun gələcəyi ilə bağlı bu görüşdən hansı mesajla ayrılmalıdırlar? Mənim eşitdiklərimə əsasən, Azərbaycan biznes üçün açıqdır, investisiya üçün cəlbedici məkandır. Onlar başqa nələri nəzərə almalıdırlar" sualına "Hesab edirəm ki, onlar feyk xəbərlər yayan mediaya inanmamalıdırlar. Zənnimcə, belə tədbirlərin üstünlüklərindən biri də odur ki, burada iştirak edənlər hər şeyi öz gözləri ilə görə bilirlər. Onlar insanların nə dediyini eşidə bilərlər" cavabı özündə bütün məqamları ümumiləşdirir. Reallıq budur ki, Azərbaycan bütün sahələrdə inkişafın təkmil modelini təqdim edir. Uğurlarımızın təməlində iqtisadi strategiyamızın düzgün qurulması, uğurla yerinə yetirilməsi amilləri dayanır. Azərbaycan hər zaman yeni əməkdaşlıq körpülərinin qurulması çağırışları ilə diqqətdə olub və bunu real addımları ilə təsdiqləyir. Azərbaycana xoş niyyətlə ayaq basan xarici iş adamları burada yaradılan şəraitdən bəhrələnərək əməkdaşlığa böyük töhfələr vermək imkanındadırlar. Prezident İlham Əliyev qonaqlara bildirdi ki, bunun üçün onlar Bakıda bir müddət qalsınlar və bəlkə də yenidən gəlsinlər. Əlbəttə, onların geri qayıtmasını, bizimlə əməkdaşlıq etməsini və yeni inkişaf yolumuzda bizimlə birgə addımlamalarını istərdik. oxu əcnəbilər idi. İndi isə yəqin ki, əcnəbi əməkdaşların payı təxminən 5 faizdir. Bu, ölkənin inkişafına və potensialının formalaşdırılmasına misilsiz töhfə oldu. Hazırda çoxsaylı Azərbaycan vətəndaşı müxtəlif şirkətlərdə qlobal miqyasda fəaliyyət göstərir. Biz, həmçinin nümayəndələrimizin mühüm vəzifələr tutmasından məmnunuq və bununla fəxr edirik. Azərbaycanın savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu və təhsil sahəsində çox böyük işlərin görüldüyünü nəzərə alsaq kadr hazırlığı və potensialın gücləndirilməsi son dərəcə mühüm olacaq. 2003-cü ildə ilk dəfə Prezident seçildikdən dərhal sonra gənclərimizin xaricdə təhsil alması məqsədilə Dövlət Proqramı qəbul etdik. O vaxtdan bəri minlərlə, bəlkə də on minlərlə gəncimiz xaricdə təhsil alıb və onların mütləq əksəriyyəti geri qayıdıb. Beləliklə, bu, satın ala bilməyəcəyimiz bir potensialın formalaşdırılmasıdır. Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin tədbirdə "Cənab Prezident, burada toplaşmış trilyonlarla dollar həcmində kapitalı təmsil edənlər Azərbaycan və onun gələcəyi ilə bağlı bu görüşdən hansı mesajla ayrılmalıdırlar? Mənim eşitdiklərimə əsasən, Azərbaycan biznes üçün açıqdır, investisiya üçün cəlbedici məkandır. Onlar başqa nələri nəzərə almalıdırlar" sualına "Hesab edirəm ki, onlar feyk xəbərlər yayan mediaya inanmamalıdırlar. Zənnimcə, belə tədbirlərin üstünlüklərindən biri də odur ki, burada iştirak edənlər hər şeyi öz gözləri ilə görə bilirlər. Onlar insanların nə dediyini eşidə bilərlər" cavabı özündə bütün məqamları ümumiləşdirir. Reallıq budur ki, Azərbaycan bütün sahələrdə inkişafın təkmil modelini təqdim edir. Uğurlarımızın təməlində iqtisadi strategiyamızın düzgün qurulması, uğurla yerinə yetirilməsi amilləri dayanır. Azərbaycan hər zaman yeni əməkdaşlıq körpülərinin qurulması çağırışları ilə diqqətdə olub və bunu real addımları ilə təsdiqləyir. Azərbaycana xoş niyyətlə ayaq basan xarici iş adamları burada yaradılan şəraitdən bəhrələnərək əməkdaşlığa böyük töhfələr vermək imkanındadırlar. Prezident İlham Əliyev qonaqlara bildirdi ki, bunun üçün onlar Bakıda bir müddət qalsınlar və bəlkə də yenidən gəlsinlər. Əlbəttə, onların geri qayıtmasını, bizimlə əməkdaşlıq etməsini və yeni inkişaf yolumuzda bizimlə birgə addımlamalarını istərdik.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ