İranın Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə raket zərbəsi endirməsi nəticəsində səkkiz ABŞ dəniz piyadası yaralanıb.
NBC telekanalı ABŞ hökumət rəsmilərinə istinadən bildirib ki, hücum 14 sentyabrda baş verib və nəticədə hərbçilər kəllə-beyin travması alıb. Onlar baş ağrıları da daxil olmaqla, beyin silkələnməsi simptomları yaşayırlar.
Bundan əvvl açıqlama verən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebi bildirib ki, təcavüz olacağı halda İran bölgədəki əlavə ABŞ hədəflərinə yeni silahlarla hücum etməyə başlayacaq.
Tahir TAĞIYEV