Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

Image


Hər bir xalqın tarixi yaddaşı və milli özünüdərki onun torpaq altında qalan maddi-mədəniyyət abidələrinin öyrənilməsi və elmi dövriyyəyə daxil edilməsi ilə birbaşa bağlıdır. Azərbaycan arxeologiyası zəngin tarixi keçmişə malik abidələrin üzə çıxarılmasında, elmi baxımdan əsaslandırılmasında fədakar alimlərimizin gərgin əməyinə borcludur. Bu zəncirin ən mühüm halqalarından birini Azərbaycan arxeologiya elminin yorulmaz tədqiqatçısı, dəyərli alim, professor Arif Məmmədov təşkil edir. Ömrünü ölkəmizin qədim və orta əsrlər tarixinin, zəngin maddi-mədəniyyət irsinin arxeoloji metodlarla öyrənilməsinə həsr etmiş alim, öz fundamental tədqiqatları ilə milli tarixşünaslığımıza böyük töhfələr vermişdir.

Professor Arif Məmmədovun elmi fəaliyyətinin ən səciyyəvi xüsusiyyəti onun geniş tədqiqat miqyası və çöl-qazıntı işlərinə olan fədakar bağlılığıdır. Alimin arxeoloji marşrutları respublikamızın inzibati rayonlarının demək olar ki, 70 faizini əhatə edir. Bakı, Gəncə, Şəmkir, Tovuz, Qazax zonası, Qarabağ rayonları, Zəngəzur, Salyan, Masallı, Cəlilabad, Beyləqan və digər regionlarda apardığı sistemli arxeoloji qazıntılar nəticəsində torpaq altında qalan minillik tariximiz gün işığına çıxarılmışdır.

Gəncəbasar bölgəsində, İncəçay və Qoşqarçay hövzələrində aparılan arxeoloji tədqiqatlar alimin elmi fəaliyyətində xüsusi yer tutur. Bu ərazilərdə aşkar edilən yaşayış yerləri, nekropol və müdafiə tikililəri Azərbaycanın antik və orta əsrlər dövrü şəhər mədəniyyətinin, sənətkarlıq və ticarət əlaqələrinin mənzərəsini aydınlaşdırmağa imkan vermişdir. Salyan (Muğan-Babazanlı abidəsi) və Bərdə zonasındakı qazıntılar isə qədim yaşayış məskənlərinin xronoloji çərçivəsini dəqiqləşdirməyə və həmin ərazilərdə minilliklər boyu davam edən şəhərsalma ənənələrini sübut etməyə xidmət etmişdir.

Aşkarlanan külli miqdarda maddi-mədəniyyət nümunələri-saxsı məmulatları, əmək alətləri, bəzək əşyaları, numizmatik tapıntılar və inşaat qalıqları Azərbaycanın qədim dövr tarixinin yenidən yazılmasında, xronoloji mərhələlərin dəqiqləşdirilməsində və elmi dövriyyəyə daxil edilməsində əvəzsiz rola malikdir.

Arxeologiya elmi memarlıq kimi, kabinet şəraitində nəzəriyyələr irəli sürməklə kifayətlənməyən, bilavasitə çöl şəraitində fiziki və zehni gərginlik tələb edən sahədir. Arif müəllimlə tək elmi diskussiyalarda və konfrans zalında deyil, həm də birbaşa çöl tədqiqatlarında, arxeoloji qazıntı sahələrində çiyin-çiyinə çalışmaq imkanı mənə də nəsib olub. Bu zamanlar alimin şəxsi keyfiyyətləri ilə daha yaxından tanış oldum. Belı ki, arxeoloji ekspedisiyalarda iştirak edərkən onun işinə göstərdiyi böyük sevgi, tükənməz həvəs və elmi dəqiqlik xüsusi diqqət çəkir. Stratifıqasiya qatlarının təmizlənməsi, tapıntıların fiksasiya olunması, hər bir keramik qırığın tarixi kontekstdə qiymətləndirilməsi zamanı nümayiş etdirdiyi peşəkarlıq gənc tədqiqatçılar üçün əsl ustalıq dərsi hesab olunur.

Arif müəllim yalnız dərin bilik və erudisiyaya malik alim deyil, eyni zamanda çətin çöl şəraitində — isti yay günlərində, mürəkkəb relieddə və məhdud imkanlar çərçivəsində belə həmkarlarına dayaq olmağı bacaran fədakar yoldaş, səmimi və etibarlı bir dostdur. Onun ekspedisiya iştirakçılarına yaratdığı mənəvi dəstək və iş mühiti arxeoloji qazıntıların uğurla başa çatmasında mühüm amilə çevrilmişdir.

Professor Arif Məmmədov fundamental elmi tədqiqatları ilə yanaşı, zəngin pedaqoji məktəb formalaşdırmış elm xadimidir. O, illər boyu ali təhsil müəssisələrində gənc nəslin tərbiyə olunması, onlarda milli tarixə və arxeologiyaya həvəsin oyadılması istiqamətində yorulmadan fəaliyyət göstərmişdir.

Alimin rəhbərliyi və elmi məsləhətçiliyi ilə yetişən çoxsaylı aspirantlar, magistrlər və fəlsəfə doktorları bu gün respublikamızın müxtəlif elmi-tədqiqat institutlarında, universitetlərində və muzeylərində Azərbaycan elmini layiqincə təmsil edirlər. Bu varislik ənənəsi Arif müəllimin yaratdığı arxeoloji məktəbin davamlılığını təmin edən əsas amildir.

Alim yerli və beynəlxalq elmi konfranslarda, möhtəşəm akademik kürsülərdə Azərbaycan arxeologiyasını həmişə uca tutmuşdur. Onun xarici ölkələrdə nəşr olunan elmi əsərləri, beynəlxalq forumlardakı məruzələri milli-mədəni irsimizin dünya elmi ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasına, Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biri kimi tanınmasına böyük töhfələr vermişdir.

Göründüyü kimi Professor Arif Məmmədovun ömür yolu Azərbaycan arxeologiyasına, milli mədəniyyətimizin və tariximizin öyrənilməsinə həsr olunmuş fədakarlıq nümunəsidir. Onun respublikamızın şəhər və rayonlarında apardığı arxeoloji qazıntılar, elmi dövriyyəyə daxil etdiyi yüzlərlə maddi-mədəniyyət abidəsi, formalaşdırdığı pedaqoji məktəb Azərbaycan elminin qızıl fonduna daxil olmuşdur. Ona görə də ömrünü torpaq altında yatan tariximizin aşkarlanmasına verən alimin fəaliyyəti, gələcək tədqiqatçılar nəslinə yol göstərən məşəl kimi dəyərləndirilməlidir.

Rizvan QARABAĞLI

Memarlıq üzrə fəlsəfə doktoru, dosent



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ