İsrailin Baş naziri Binyamin Netanyahu gözlənilmədən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib və ölkə prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Bu barədə İsrail dövlət televiziyası Kan məlumat yayıb.
"Baş nazir İsrailli iş adamına məxsus şəxsi təyyarə ilə səyahət edib. Təyyarə, Netanyahunun İranla müharibə zamanı Əbu-Dabiyə səfəri zamanı istifadə etdiyi təyyarə ilə eyni olub" – deyə xəbərdə bildirilir.
Gizli səfərin "Haaretz" qəzetində Netanyahunun 7 oktyabr 2023-cü il ərəfəsində HƏMAS-ın hücum hazırlığı barədə BƏƏ prezidentindən telefonla xəbərdarlıq aldığına dair dərc olunmuş məqalə fonunda baş tutduğu bildirilir. Qəzetin məlumatına görə, İsrailin baş naziri bu məlumatı kəşfiyyat xidmətlərinə ötürməyib.
Tahir TAĞIYEV