Kiyevə hücum nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub. Bu barədə açıqlama verən Kiyev vilayətinin Hərbi Administrasiyasının rəhbəri Tymur Tkaçenko bildirib ki, sentyabrın 27-də Rusiyanın Kiyev vilayətinə hücumları nəticəsində biri Azərbaycan vətəndaşı olmaqla üç nəfər həlak olub, səkkiz nəfər yaralanıb.
Tkaçenko bildirib ki, Rusiya qüvvələri Kiyev vilayətinə zərbə dronları ilə hücum etməyə davam edir. Brovarı rayonunda iki anbar və iki inzibati bina, Buça rayonunda isə bir şəxsi mülk, bir bazar və altı nəqliyyat vasitəsi zərər görüb. Fastiv rayonunda bir istehsal müəssisəsi və altı nəqliyyat vasitəsi, Boryspil rayonunda isə bir nəqliyyat vasitəsi zədələnib.
Bila Tserkva rayonunda isə kənd təsərrüfatı şirkəti və çoxmənzilli binaya ziyan dəyib.
Ukrayna Prezidenti Volodimir Zelenski də daha Rusiyanın Kiyev vilayətinə hücumunda ölənlər arasında bir Azərbaycan vətəndaşının olduğunu bildirib.
“Kiyev vilayətində iki nəfər həlak olub, onlardan biri Azərbaycan vətəndaşıdır. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, – deyə Ukrayna Prezidenti bildirib.
Tahir TAĞIYEV