Ukrayna döyüşçüləri Donetsk vilayətinin şimalındakı Liman cəbhəsindəki Nove, Ridkodub və Katerynovka yaşayış məntəqələrini azad ediblər.
"3-cü Ordu Korpusu Nove, Ridkodub və Katerynovkanı azad etdi və Karpivka və Novomıxaylovka üzərində nəzarəti bərpa etdi. Düşmənin itkiləri 2000 nəfərə çatıb , 250-dən çox rus isə əsir götürülüb" – deyə Ukraynanın 3-cü Ordu Korpusunun yaydığı məlumatda bildirilir.
3-cü Ordu Korpusunun komandiri Andrey Biletski bildirib ki, sözügedən yaşayış məntəqələrinin azad edilməsi “Vivaldi əməliyyatı”nın üçüncü mərhələsi çərçivəsində baş verib. O, həmçinin Karpivka və Novomıxaylovka kəndləri üzərində nəzarətin yaradıldığını da açıqlayıb. 3-cü Ordu Korpusunun komandiri bildirib ki, Rusiya qoşunları zabitləri, pilotları və artilleriyaçıları ilə birlikdə bütöv bölmələr şəklində təslim olublar.
Biletskinin sözlərinə görə, Nove qəsəbəsi bu cəbhədə rus ordusu üçün əsas mərkəz rolunu oynayıb: "Ümumilikdə, bu mərhələdə biz Ukraynanın 51 kvadrat kilometrlik ərazisini geri aldıq. Bu mərhələ bütün əməliyyat üçün həlledici əhəmiyyət kəsb edirdi."
Tahir TAĞIYEV