Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

Image


Azərbaycanda dövlət qulluğuna qəbul qaydalarının yenidən mürəkkəbləşdirilməsi ciddi müzakirə doğurur. Dövlət Qulluğu Məcəlləsinin layihəsində müsabiqənin müsahibə mərhələsinin də iki hissəyə bölünməsi nəzərdə tutulur. Namizədlərin sayı beşdən çox olduqda əvvəlcə onların səriştələri yoxlanılacaq, yalnız ən yüksək nəticə göstərən beş nəfər ikinci mərhələyə buraxılacaq. Hazırda isə müsahibə bir mərhələdən ibarətdir və namizəd maksimum 20 bal toplaya, ən azı 16 bal əldə etməklə keçə bilir.

Beləliklə, dövlət qulluğuna daxil olmaq istəyən gəncin qarşısında ali təhsil, ixtisas tələbləri, dövlət qulluğu üzrə test imtahanı, sertifikat və daha sonra vakant vəzifə üzrə müsahibə kimi mərhələlər dayanır. İndi həmin müsahibənin özünün iki mərhələyə bölünməsi prosesin daha da uzanması deməkdir. Sual yaranır: əlavə seçim mərhələsi həqiqətən dövlət qulluğunun keyfiyyətini artıracaq, yoxsa onsuz da çətin olan giriş mexanizmini daha da qəlizləşdirəcək?

Əslində, dövlət qulluğuna qəbulda çoxsaylı mərhələlərin olması avtomatik olaraq daha peşəkar kadr demək deyil. Əsas məsələ seçim mexanizminin obyektivliyidir. Test imtahanında bütün namizədlər standartlaşdırılmış şərtlərlə qiymətləndirilir. Müsahibədə isə komissiyanın verdiyi qiymət daha çox subyektiv amillərin təsirinə açıqdır. Buna görə müsahibələrin sayını artırmaqla yanaşı, qiymətləndirmənin şəffaflığını və ölçülə bilənliyini artırmaq vacibdir.

Yeni layihədə videoyazının nəzərdə tutulması müsbət addım sayıla bilər. Lakin yalnız videoya çəkilmək şəffaf seçim üçün kifayət deyil. Namizəd bilməlidir ki, hansı suala neçə bal verilir, hansı cavab hansı səriştəni nümayiş etdirir və niyə digər namizəddən aşağı nəticə alıb. Nəticəyə effektiv etiraz və müstəqil araşdırma imkanı da olmalıdır. Əks halda, əlavə mərhələ obyektivliyi artırmaq əvəzinə, subyektiv qərarların verildiyi yeni bir mərhələ yarada bilər.

Burada sosial məsələ də diqqətdən kənarda qalmamalıdır. Maddi imkanları geniş olan gənc uzun müddət hazırlıq kurslarına, repetitorlara və xüsusi təlimlərə pul ayıra bilər. Aşağı gəlirli ailədən olan, lakin eyni intellektual və peşəkar potensiala malik gəncin isə belə imkanları olmaya bilər. Dövlət qulluğuna qəbul sistemi istedadı deyil, hazırlıq üçün pul ödəmək imkanını dolayı yolla üstün vəziyyətə gətirməməlidir.

Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə də dövlət qulluğuna qəbul asan proses deyil, lakin əsas prinsip prosedurların çoxluğu yox, açıq rəqabət və şəffaflıqdır. OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) dövlət qulluğu sistemlərini əsasən karyera və vəzifə əsaslı modellərə ayırır. Vəzifə əsaslı sistemdə konkret vakant yerə həm dövlət daxilindən, həm də kənardan namizədlər müraciət edə bilir və məqsəd daha geniş istedad hovuzundan seçim etməkdir.

Məsələn, Böyük Britaniyada dövlət qulluğuna qəbul qanunla “bacarıq əsasında, ədalətli və açıq rəqabət” prinsipi ilə həyata keçirilməlidir. Müstəqil Civil Service Commission bu prosesə nəzarət edir və dövlət qurumlarının seçim prosedurlarını audit edir. Komissiyanın 2025-ci il auditlərində bəzi qurumlarda seçim mərhələlərinin kifayət qədər aydın və ardıcıl olmaması kimi problemlər də aşkar edilib. Bu nümunə göstərir ki, inkişaf etmiş sistemlərdə də problem tamamilə yox deyil, amma əsas fərq ondan ibarətdir ki, seçim prosesinin özü ayrıca institusional nəzarət altındadır.

Almaniyada isə dövlət vəzifələrinə çıxış üçün “uyğunluq, qabiliyyət və peşəkar fəaliyyət” əsas götürülür. Federal hökumətin rəsmi məlumatında açıq şəkildə bildirilir ki, dövlət vəzifələrinin tutulması yalnız bu meyarlar əsasında aparılmalı, şəxsin statusu və digər əlaqələri seçimdə üstünlük yaratmamalıdır. Böyük sayda müraciət olduqda ilkin seçim mərhələsi tətbiq oluna bilər, lakin əsas prinsip yenə də namizədin vəzifəyə uyğunluğunun obyektiv müəyyənləşdirilməsidir.

Fransada da dövlət qulluğuna qəbul üçün rəqabətli “concours” sistemi geniş tətbiq olunur. Burada xarici və daxili müsabiqələr mövcuddur və tələblər vəzifənin kateqoriyasına görə dəyişir. Eyni zamanda, bəzi aşağı kateqoriyalı vəzifələrə müsabiqəsiz qəbul imkanları da var. Yəni dövlət qulluğuna giriş bütün vəzifələr üçün eyni dərəcədə çoxmərhələli və ağırlaşdırılmış mexanizmə bağlanmır.

Qonşu Gürcüstanda qanun dövlət qulluğuna qəbulun ədalətli və şəffaf qiymətləndirməyə, namizədin kompetensiya və bacarıqlarına əsaslanmasını və ən uyğun namizədin seçilməsini tələb edir. Həmçinin vətəndaşların bacarıq, kvalifikasiya və peşə hazırlığına əsasən dövlət qulluğuna bərabər çıxış hüququ ayrıca prinsip kimi təsbit olunub. Vakansiyalar hökumətin idarə etdiyi vahid internet resursu vasitəsilə elan edilir və vəzifənin tələbləri əvvəlcədən göstərilir.

Qazaxıstan nümunəsi Azərbaycana daha yaxın müqayisə imkanı yaradır. Burada da test və müsabiqə mərhələləri mövcuddur. Lakin proses rəqəmsallaşdırılıb: namizəd “E-Qyzmet” sistemi vasitəsilə müraciət edir, test nəticələri avtomatik formalaşır, bəzi vəzifələr üzrə praktiki qiymətləndirmə və müsahibə keçirilir. Aşağı səviyyəli vəzifələrdə ən yüksək nəticə göstərən beş namizədin praktiki qiymətləndirməyə buraxılması kimi mexanizm də mövcuddur. Müsahibədə eyni vəzifə üzrə namizədlərə eyni sayda sual verilməsi və qiymətləndirmənin elektron imza ilə aparılması nəzərdə tutulur.

Ermənistanda da dövlət qulluğu üzrə müsabiqələrdə test və müsahibə mərhələləri tətbiq edilir. Məsələn, 2025-ci ildə Ermənistan Prezidenti Administrasiyasının elan etdiyi müsabiqələrdə 90 dəqiqəlik testdən sonra müsahibə mərhələsi keçirilib. Yəni Azərbaycanın ətrafında da dövlət qulluğuna qəbul üçün seçim mexanizmləri mövcuddur, lakin əsas məsələ mərhələlərin sayından çox onların hansı meyarlarla aparılmasıdır.

Bu müqayisələrdən görünür ki, dövlət qulluğuna qəbulun çətin olması qeyri-adi hal deyil. Ancaq peşəkar dövlət qulluğu yaratmaq üçün əsas yol vətəndaşın qarşısına mümkün qədər çox baryer qoymaq deyil. Daha səmərəli yanaşma vakant vəzifənin real tələblərini dəqiq müəyyənləşdirmək, namizədin həmin tələblərə uyğunluğunu ölçmək və bütün proses boyu qərarların yoxlanıla bilməsini təmin etməkdir. Azərbaycanda isə sertifikat alıb dövlət qulluğuna hazırlaşan gənc qalib olacağı təqdirdə hansı işləri yerinə yetirəcəyini bilmir. Müsabiqə suallarının isə həmin işlərə heç bir aidiyyəti olmur. Ekspertlər isə Yerin təkindən kosmosa qədər hər şeydən sual vermək hüququna malikdir. Məsələn, texnoloqa aşıq sənətindən sual vermək hansı məntiqə sığır?

Azərbaycan üçün əsas problem də məhz burada ortaya çıxır. Əgər yeni iki mərhələli müsahibə sistemi obyektiv səriştə ölçmə vasitəsi olacaqsa, onun məntiqi əsaslandırması var. Amma birinci mərhələnin nəticələri subyektiv qiymətləndiriləcək, ikinci mərhələdə komissiyanın qərarına geniş sərbəstlik veriləcək və namizəd həmin qərardan effektiv müdafiə mexanizminə malik olmayacaqsa, əlavə mərhələ dövlət qulluğunun keyfiyyətini deyil, qəbul prosesinin mürəkkəbliyini artıracaq.

Dövlət qulluğuna qəbulun çoxsaylı baryerlərlə əhatə olunması həm də korrupsiya və nepotizm riskləri baxımından diqqətlə qiymətləndirilməlidir. Beynəlxalq təcrübənin göstərdiyi kimi, seçim prosesində subyektivliyin və qapalı qərarların payı artdıqca, merit (layiqlilik) prinsipinin qorunması üçün müstəqil nəzarət daha vacib olur. OECD də merit əsaslı, şəffaf və açıq seçim mexanizmlərini patronaj və nepotizm risklərinin azaldılması üçün əsas alətlərdən biri hesab edir.

Bu səbəbdən yeni Məcəllənin əsas qiymətləndirmə meyarı mərhələlərin sayının artırılması olmamalıdır. Əsas sual budur: dövlət qulluğuna müraciət edən gəncin qarşısında yeni baryerlər yaradılır, yoxsa daha obyektiv seçim sistemi qurulur? Əgər məqsəd peşəkar dövlət qulluğu formalaşdırmaqdırsa, bunun yolu testdən sonra testi, müsahibədən sonra müsahibəni artırmaqdan çox, şəffaf vakansiya sistemi, standartlaşdırılmış qiymətləndirmə, müstəqil komissiyalar, açıq nəticələr, real apellyasiya və rəqəmsal nəzarət mexanizmlərindən keçir.

Əks halda dövlət qulluğu əmək bazarının ən istedadlı gənclərini cəlb edən açıq institut olmaq əvəzinə, ona daxil olmaq üçün uzun illər və böyük hazırlıq resursu tələb edən qapalı sistem təsiri yarada bilər. Dövlətin məqsədi vətəndaş üçün “daha çox imtahan” yaratmaq deyil, ən hazırlıqlı şəxsin kimin qohumu, tanışı və ya maddi imkanından asılı olmayaraq dövlət xidmətinə daxil ola biləcəyinə əminlik yaratmaq olmalıdır.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ