Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

Image


Akif Nəsirli: “Vətəndaşlara verilən mesaj ondan ibarətdir ki, dövlət manatın indiki məzənnəsini dəyişdirmək üçün əsas görmür…”

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan Prezidenti bildirib ki, Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir, valyutamız sabitdir.

Prezident Əliyev bildirib: “…2017-ci ilin aprel ayından dollara münasibətdə məzənnə dəyişməyib. Məzənnə 1 dollar 1,7 manat idi, 2017-ci ilin aprelində belə idi və bu gün də belədir və belə də olmağa davam edəcək. Çünki bizim yaxşı ticarət balansımız var” .

Bu çox maraqlı məsələdir.

Nəzərə alsaq, camaatın içində belə bir təşviş var ki, bəziləri “dollar ucuzlaşacaq”, bəziləri “bahalaşacaq” deyirlər.

Ancaq Prezident qəti şəkildə bildirdi ki, bu məzənnə hələki dəyişməyəcək, belə davam edəcək.

Bu nə dərəcədə mümkün olan məsələdir ki, dollar-manat nisbəti, kurs uzun müddət dəyişməz olaraq qalacaq? Prezidentin bu inamı nəyə söykənir?

Liberal İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli baki-xeber.com-a “Prezident İlham Əliyevin bu fikri ilk növbədə onu göstərir ki, Azərbaycan hakimiyyəti yaxın və orta müddətdə 1 dollar = 1,70 manat məzənnəsinin qorunmasına yönəlmiş siyasətin davam edəcəyinə əmindir. Prezident bunu ölkənin valyuta ehtiyatları, xarici borcun aşağı səviyyəsi və xüsusilə müsbət ticarət balansı ilə əlaqələndirib”-deyə bildirdi.

A.Nəsirinin fikrincə, rəsmi çıxışda da məhz “yaxşı ticarət balansımız var” arqumenti səsləndirilib. “Burada bir məqamı ayırmaq vacibdir: Prezidentin “belə də olmağa davam edəcək” deməsi sadəcə bazar proqnozu deyil, eyni zamanda dövlətin məzənnə siyasətinə dair çox güclü siqnaldır. Yəni vətəndaşlara verilən mesaj ondan ibarətdir ki, dövlət manatın indiki məzənnəsini dəyişdirmək üçün əsas görmür və bunun qorunması üçün iqtisadi və maliyyə imkanlarının olduğunu düşünür.

Azərbaycan üçün 1,70 məzənnəsini uzun müddət saxlamaq texniki baxımdan mümkündür. Bunun əsas dayaqlarından biri ölkənin böyük valyuta ehtiyatlarıdır. Mərkəzi Bankın məlumatına görə, 2026-cı il avqustun sonunda yalnız Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 15,3 milyard dollar olub. Bundan əlavə, Dövlət Neft Fondunun da böyük həcmdə xarici valyuta aktivləri mövcuddur. Mərkəzi Bankın 2026-cı ilin iyulunda verdiyi məlumatda ölkənin ümumi valyuta ehtiyatlarının 85,8 milyard dollara çatdığı bildirilib.

Bu ehtiyatların əhəmiyyəti ondan ibarətdir ki, valyuta bazarında dollara tələbat kəskin artarsa, dövlətin manatın məzənnəsini qorumaq üçün kifayət qədər xarici valyuta resursu var. Başqa sözlə, 1,70 məzənnəsinin qorunması yalnız “istək” məsələsi deyil, bunu dəstəkləyə biləcək maliyyə imkanları da mövcuddur.

İkinci mühüm faktor xarici ticarət balansıdır. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30 milyard dolları keçib və 10,256 milyard dollar müsbət saldo (yəni ixrac idxaldan bu qədər çox olub) yaranıb. Yəni ölkəyə daxil olan ixrac gəlirləri idxala görə əhəmiyyətli dərəcədə çox olub.

Bu, manatın məzənnəsi baxımından mühüm üstünlükdür. Çünki ixrac, xüsusilə neft-qaz ixracı ölkəyə dollar daxilolmalarının əsas mənbəyidir. Ölkəyə dollar daxilolması yüksək olduğu müddətdə dollar qıtlığı və manatın kəskin təzyiq altında qalması riski azalır.

Amma burada bir incə məqam var. Ticarət balansının müsbət olması avtomatik olaraq manatın həmişə 1,70 qalacağı anlamına gəlmir. Bunun üçün tədiyə balansının digər komponentləri, neftin və qazın qiyməti, ixrac həcmləri, idxalın dinamikası, kapital axınları, inflyasiya, büdcə xərcləri və əhalinin dollarlaşma meyli də nəzərə alınmalıdır.

Məsələn, 2025-ci ildə Azərbaycanın xarici ticarət balansında müsbət saldo cəmi 146,4 milyon dollar olmuşdu. Bu, 2026-cı ilin ilk yeddi ayında qeydə alınan 10,256 milyard dollarlıq profisitdən tamamilə fərqli mənzərədir.

Deməli, təkcə “bizim ticarət balansımız müsbətdir” arqumentinə əsaslanaraq manatın məzənnəsinin sonsuza qədər 1,70 qalacağını söyləmək iqtisadi baxımdan kifayət qədər əsaslandırılmış olmaz. Lakin hazırkı şəraitdə 1,70-i qorumaq üçün əsasların kifayət qədər güclü olduğu görünür.

Digər tərəfdən, Azərbaycan 2017-ci ildən indiyədək 1,70 məzənnəsini faktiki olaraq qoruyub. Bu da çox mühüm məqamdır. 2017-ci ilin aprelindən əvvəlki devalvasiyalardan sonra məzənnə 1,70 ətrafında sabitləşdirildi və sonrakı illərdə rəsmi məzənnə dəyişmədi. Mərkəzi Bankın hazırkı məlumatında da 24 sentyabr 2026-cı ildən etibarən 1 dolların rəsmi məzənnəsi yenə 1,70 manat göstərilir.

Burada prezidentin açıqlamasının psixoloji və bazar baxımından da əhəmiyyəti böyükdür. Son vaxtlar əhali arasında “dollar bahalaşacaq”, “manat ucuzlaşacaq” kimi narahatlıqlar yaranırsa, dövlət başçısının məzənnənin dəyişməyəcəyini açıq şəkildə bildirməsi həmin gözləntiləri sakitləşdirməyə hesablanmış çox güclü mesajdır. Çünki valyuta bazarında gözləntilər öz-özlüyündə də mühüm amildir: insanlar manatın ucuzlaşacağını gözləyərək kütləvi şəkildə dollar almağa başlasalar, dollara tələb artar və bu, bazara əlavə təzyiq yarada bilər”.

A.Nəsirli qeyd etdi ki, ona görə Prezidentin açıqlamasının bir tərəfi iqtisadi əsaslara, digər tərəfi isə gözləntilərin idarə edilməsinə dayanır.

“Bəs dolların bahalaşması üçün hansı vəziyyət yarana bilər? Bunun üçün, ilk növbədə, ölkəyə daxil olan xarici valyutanın əhəmiyyətli dərəcədə azalması lazımdır. Məsələn, neft və qaz qiymətlərinin uzun müddət ciddi şəkildə aşağı düşməsi, enerji ixracından gəlirlərin azalması, ixrac həcmlərinin kəskin düşməsi, idxalın sürətlə artması və ya ölkədən kapital çıxışının güclənməsi valyuta bazarında tarazlığı dəyişə bilər.

Ancaq hazırda Mərkəzi Bank rəhbərliyinin açıqlamalarında makroiqtisadi sabitliyə ciddi risk görülmədiyi bildirilir. 2026-cı ilin ilk yarısında ölkənin valyuta ehtiyatlarının 85,8 milyard dollara yüksəldiyi də açıqlanıb.

Dolların ucuzlaşması məsələsinə gəldikdə isə, burada da eyni məntiq işləyir. Azərbaycan manatın məzənnəsini sərbəst bazarda tam üzən formada formalaşdırmır. Buna görə ölkəyə çox böyük həcmdə dollar daxil olsa belə, bunun nəticəsində dolların 1,50 və ya 1,60 manata düşməsi avtomatik baş vermir. Məzənnənin hansı səviyyədə saxlanılması həm valyuta bazarının vəziyyətindən, həm də Mərkəzi Bankın və dövlətin məzənnə siyasətindən asılıdır.

Üstəlik, hazırkı 1,70 məzənnəsi Azərbaycanın ixrac sektoru üçün də əhəmiyyətlidir. Manatın kəskin bahalaşması qeyri-neft ixracatçılarının gəlirlərini manat ifadəsində azalda bilər, idxalı isə nisbətən ucuzlaşdıra bilər. Buna görə dövlət üçün əsas məsələ yalnız “manatı bahalaşdırmaq” və ya “dolları ucuzlaşdırmaq” deyil, xarici ticarət, inflyasiya və iqtisadi rəqabət qabiliyyəti arasında tarazlığı qorumaqdır.

Bir məsələ də xüsusi qeyd olunmalıdır: 1,70 məzənnəsinin 2017-ci ildən qorunması onun bundan sonra da heç bir halda dəyişməyəcəyi anlamına gəlmir. Dünyada neft və qaz qiymətləri, geosiyasi vəziyyət, Azərbaycanın ixrac gəlirləri və qlobal maliyyə şərtləri dəyişə bilər. Prezidentin açıqlaması isə hazırkı iqtisadi və maliyyə imkanları nəzərə alınmaqla məzənnənin dəyişdirilməsi üçün əsas görülmədiyini və mövcud siyasətin davam etdiriləcəyini göstərir.

Yəni bu gün üçün vətəndaşın “dollar sabah 1,80 olacaqmı?” və ya “1,60-a düşəcəkmi?” sualına verilən ən real cavab budur: hazırkı rəsmi mövqeyə və mövcud makroiqtisadi göstəricilərə əsasən, yaxın perspektivdə 1,70 məzənnəsinin qorunması hədəflənir. Bunun arxasında 85,8 milyard dollardan artıq ümumi valyuta ehtiyatı, müsbət xarici ticarət saldosu və enerji ixracından gələn valyuta daxilolmaları dayanır.

Amma uzunmüddətli perspektivdə məzənnənin dəyişməz qalmasını təmin edən “əbədi zəmanət” yoxdur. Bunun davamlılığı Azərbaycanın neft-qaz gəlirlərinin, ticarət balansının, valyuta ehtiyatlarının və qeyri-neft ixracının gələcək dinamikasından asılı olacaq”.

A.Nəsirlinin sözlərinə görə, əslində Prezidentin açıqlamasının ən mühüm iqtisadi mesajı dolların konkret olaraq “heç vaxt” bahalaşmayacağı deyil. “Mesaj daha çox budur ki, Azərbaycanın hazırkı maliyyə və xarici sektor vəziyyəti manatın 1,70 səviyyəsində saxlanılmasına imkan verir və dövlət bu siyasəti davam etdirmək niyyətindədir”-deyə A.Nəsirli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ