Prezident Donald Tramp Ağ Evdə Çin prezidenti Si Cinpindən ABŞ istehsalı olan silahlar almaq istəyib-istəmədiyini soruşub. Bu barədə açıqlama verən ABŞ-ın Pekindəki səfiri Devid Perdu bildirib ki, Tramp Cinpinlə görüşündə silah satışı məsələsini qaldırıb.
Perdue bildirib ki, Tramp Si Cinpindən ABŞ istehsalı olan silahlar almaq istəyib-istəmədiyini soruşub, lakin ABŞ-ın Tayvana münasibətində heç bir dəyişiklik olmadığını qeyd edib.
"Tramp daim deyir ki, “Biz dünyanın bütün ölkələrinə silah satırıq”. O, hətta bir dəfə Prezident Sidən onlardan silah almaq istəyib-istəmədiklərini soruşmuşdu" – deyə səfir bildirib.
Məsələilə bağlı Ağ Evə müraciət edən “New York Times” qəzeti “ABŞ-ın Çinə silah satmaq planı yoxdur” cavabını alıb. ABŞ Dövlət Departamentindən isə bildirilib ki, ABŞ qanunları Çinə silah satışını qadağan edir və Çinə silah satmaq üçün heç bir təklif və ya plan yoxdur.
Tahir TAĞIYEV