Cümə günü, 13 noyabr 2026
     

Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

Image


Akif Nağı: “...Rəy sorğusunu uduzursa Netanyahunun qələbə qazanacağı ehtimalı həddən artıq azdır”

Kanal 13-ün sorğusuna görə, Netanyahunun bloku yerini itirir, Eisenkotun partiyası liderliyini qoruyur. Bir neçə gün əvvəl Kanal 13, Knesset seçkilərinin bu gün keçiriləcəyi təqdirdə səslərin necə bölüşdürüləcəyini göstərən ictimai rəy sorğusunun nəticələrini dərc edib.
Sorğuya görə, Qadi Eisenkotun Yaşar partiyası 22 yer, Benyamin Netanyahunun Likud partiyası isə cəmi 18 yer alacaqdı.
Naftali Bennettin Bayahad partiyası 11 yer, Yair Golanın Demokratiyası isə 11 yer qazanıb. Birgə Siyahı, Yisrael Beiteinu və Birləşmiş Torah Yəhudiliyi hər biri 8 yer qazanıb. Otzma Yehudit və Shas hər biri 7 yer, Zionut Datit 6 yer, Ofer Winterin Amha Yisrael və Ra'am isə hər biri 5 yer qazanıb.

Yoaz Hendel və Yaron Zeliçinin birgə siyahısı seçki həddini aşaraq 4 yer qazanıb.
Benni Qantsın Mavi və Ağ partiyası Knessetə daxil ola bilmir.
Koalisiya partiyaları Knessetdə 51 yer qazanır. Hazırkı müxalifət partiyaları (ərəb partiyaları və Hendel-Zeliha siyahısı istisna olmaqla) 52 yer qazanır.
Baş nazirliyə üstünlük verdikləri namizəd barədə soruşulduqda, respondentlərin 48%-i Eisenkot, 36%-i Netanyahu, daha 16%-i isə qərarsız olduğunu bildirib.
Netanyahunun seçkiqabağı rəy sorğularını belə parlaq şəkildə uduzması nə ilə bağlıdır?
Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, İsrailin hazırkı baş naziri ölkəsində və dünyada get-gedə nüfuzunu itirir, bu baxımdan onun rəy seçkilərində aşağı səs toplaması gözlənilməz deyildi. "İsraildə mürəkkəb proseslər gedir. Netanyahu həm özünün şəxsi keyfiyyətləri, həm atdığı adımlarla, həm Qəzzadakı hərbi əməliyyatlarla bağlı dünyada da, öz ölkəsində də birmənalı qarşılanmır. Nə etmək, nəyə nail olmaq istəyir? Özünü elə göstərir ki, o, sanki yəhudilərin maraqlarını müdafiə edir. Yəhudi xalqına, İsrailə nə lazımdır, onu sanki hamıdan yaxşı bilir. Bu şəkildə də gedir, xəttini davam etdirir. Bunu irəliyə aparan hansısa bir qrupun maraqlarıdır, yoxsa yox. Bu da sual yaradır. Netanyahudan narazılıq həmişə olub. Hətta onun üzərində məhkəmə prosesləri var. Bu proseslərin hamısı yarımçıq qalır, kimlərinsə görünməz əli o məhkəmələri yarımçıq saxlayır. Yəni artıq o populyar adam deyil. Şəxsi həyatı ilə bağlı da o qədər fərqlənmir. Əsas tənqidlər onun həyat yoldaşı ilə bağlıdır. Onu İsraildə çox xoşlamırlar. Bu da onun həyat yoldaşının siyasətə qarışması ilə bağlıdır ki, daim Netenyahunun yanında olur, bu da narazılıq doğurur. Bu narazılığın da olması müəyyən hərəkətləri ilə bağlıdır.
Ne elə bir ciddi reytinqi yoxdur, amma hələ də hökumətdə qalır. Siyasətdə oynamağı bacarır. Netanyahunun reytinqinin aşağı düşməsi təbiidir, burada qəribə bir şey yoxdur".
A. Nağı vurğuladı ki, onun rəqibləri cəmiyyətdə o qədər də tanınmayan qüvvələrdir, bunun da maraq doğuran tərəfləri var. "Maraq budur ki, o qədər də tanınmayan, reytinqi, nüfuzu, sosial bazası olmayan siyasi qüvvələr rəy sorğularında Netanyahudan daha çox səs alırlar. Deyəsən, İsrail cəmiyyətində "Netanyahu olmasın, kim olur olsun" prinsipi daha çox rol oynayır. Yəni onlar Netenyahuya qarşı dayanan qüvvələrə xüsusi simpatiya bəslədiklərinə, onların doğru yolda olduqlarını bildiklərinə görə
yox, məhz Netanyahuya qarşı mənfi mövqedə olduqları, onu sevmədikləri, antipatiya bəslədikləri üçün onun
rəqiblərinə, əks tərəfə səs verirlər. Yəni “kim olur olsun Netenyahu olmasın”. Belədir. Bu da onun ölkədə apardığı siyasətlə, daxilindəki problemlərlə bağlıdır. Bu gün İsrailin daxilində problemlər var, yanacaq, ərzaq çatışmazlığı yaşanır, iqtisadi problemlər mövcuddur. İsrail cəmiyyəti həmişə yaxşı yaşayırdı. Onların həmişə hər şeyləri olub. Yəni istehsalı yüksək səviyyədə təşkil edə biliblər. İsraildən xaricdə olan imkanlı, zəngin yəhudilər də həmişə ölkəyə kömək ediblər. Son vaxtlarda orada iqtisadi göstəriciləri bir qədər aşağı düşüb. Bundan başqa İsrail cəmiyyətində belə bir fikir də var ki, nə qədər qonşularla düşmən olmaq olar. Mən şəxsən onların yazılarını da oxuyuram, artıq onlar özləri də beziblər. Yarandıqları gündən qonşularla konfliktədirlər, münaqişədədirlər. Qorxu, həyəcan içərisində yaşayırlar. Hətta deyək ki, psixoloji durumları da normal deyil. Daimi o təzyiq hiss edirlər. Özlərinə, ailələrinə, övladlarına görə narahatdırlar. Yəni bu da o cəmiyyətdə o narazılığı yaradır ki, Netanyahu düzgün yoldan getmir. Netanyahu indi bir proqram yerinə yetirmək istəyir ki, nə qədər mümkündür daha çox torpaqları ələ keçirsin. Guya qədim yəhudi müdriklərinin planını bu yerinə yetirir. Guya belə bir missiyanı daşıyır. Amma o reallıqdan uzaq bir şeydir. O ərazi yaranıbsa, imkan verilibsə, o ərazidə nə qədər mümkündür orada yaşa, qonşularla xoş münasibətdə ol. Yəni ona görə də o yolu tutmur. Türkiyə qarşı aqressiv mövqedədir. İranla ümumiyyətlə tam qan düşmənçiliyi səviyyəsindədir. Ərəb ölkələrinin əksəriyyəti ilə görürsən ki, hansı vəziyyətədir. BMT Baş Assambleyasının iclasında danışığında zalı bir çox ölkələr tərk etdilər. Yəni insanlar belə bir nifrət mühitində yaşamaq istəmirlər. Yəni bu da Netanyahunun siyasəti ilə bağlıdır.

İsrail cəmiyyəti canlarını Netanyahudan qurtarmaq istəyir. Yəqin bu amilin təsiri altında onun reytinqi bu qədər aşağı düşüb. Əgər möcüzə baş verməsə, Netanyahu hansısa siyasi oyunları ortaya qoya bilməsə, böyük ehtimalla seçkilərdən qalib çıxa bilməyəcək. Amma orada hər şey ola bilər. Yəni istənilən cəmiyyətdə, o cümlədən yəhudi cəmiyyətində bir həftənin içərisində rəyi müəyyən şirdirmiş hadisələrlə, müəyyən yanlış təbliğatla dəyişmək olur. Amma proses bu şəkildə gedərsə, rəy sorğusunu uduzursa Netanyahunun qələbə qazanacağı ehtimalı həddən artıq azdır”-deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ