Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsinə daxil olan Suraxanı kəndi ərazisində baş verən yanğına səbəb olan şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Sentyabrın 28-də Kalva kəndi ərazisində yerləşən fermanın həyətində başlayan yanğın yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.
ZÜMRÜD