Azərbaycan xarici iqtisadi fəaliyyət strategiyasını keyfiyyətcə dəyişir...Bakıda 2- ci Beynəlxalq investisiya forumu bunu təsdiqlədi...Son illərədək neft-qaz sektoruna xaricdən sərmayə cəlbi əsas məqsəd idi. Pis alınmadı...
Bunu “Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev özünün Facebook hesabında yazıb.
A.Quliyev daha sonra yazır:
İndi qeyri neft-qaz sektoruna sərmayə cəlbini əsas tutaraq yola çıxırıq...Bunu xarici sərmayə cəlbində şərti 2- ci mərhələ də adlandırmaq olar. 1-ci mərhələdə neft- qaz sektoruna sərmayə cəlbindən əldə erdiyimiz ən böyük son nəticə Ermənistanın təcavüzünə qalib gəlməyimiz oldu. Xırdalamıram, yəqin anlaşılır...
2-ci mərhələdə ən böyük nəticəmizin nə olacağını zaman göstərər. Ancaq yüzdə yüz bəllidir ki, neftimizin azalmağa doğru getdiyi vaxtda qeyri-neft sahələrinin timsalında yeni gəlir mənbəyini qabaqcadan yaratmağa sadəcə məhkumuq...
Bu NETdir...
SAMİRƏ