Rusiya paytaxt Kiyevdəki Ukrayna Elmlər Akademiyasının binasını pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alıb. Məlumata görə, hücum nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Hücum nəticəsində binada baş verən yanğından qaçmağa çalışan insanlar pəncərələrdən asılı qalaraq kömək gözləyirdilər.
Ukrayna Prezidenti Vladimir Zelenski də sosial media hesabında Ukrayna Elmlər Akademiyasına edilən hücuma sərt reaksiya verib.
Rusiyanın bu cür hücumlara görə məsuliyyət daşıdığını bildirən Zelenski, "Rusiya mütləq cavab alacaq" deyib.
Tahir TAĞIYEV