Rusiyanın Amur vilayətində təlim uçuşu zamanı Tu-95 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə yaşayış olmayan ərazidə qəzaya uğrayıb və göyərtəsində yeddi nəfər olub. Müdafiə Nazirliyinin məlumatına görə, altı heyət üzvü həlak olub, daha bir nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Nazirlikdən bildirilib ki, bombardmançı təyyarədə uçuş zamanı sursat olmayıb.
Rusiya Aerokosmik Qüvvələrindən bir komissiya qəzanın səbəblərini və şərtlərini müəyyən etmək üçün hadisə yerinə göndərilib.
Tahir TAĞIYEV