Fransada keçirilən rəy sorğusuna görə, Emmanuel Makron və onun Baş naziri Sebastyan Lekornunun populyarlığı yanacaq böhranı fonunda kəskin şəkildə aşağı düşüb.
Sorğu ötən həftə Makronun yanacaq qiymətlərinin artması ilə bağlı çıxışından əvvəl aparılıb. Prezident Makronun reytinqi iyun ayının sonundan bəri yeddi bal azalaraq tarixi minimum 18%-ə düşüb. Baş nazir Lekornunun reytinqi bu müddət ərzində səkkiz bal azalıb və hazırda fransızların 24%-i onu yaxşı baş nazir hesab edir.
Bundan əlavə, respondentlərin 75%-i hesab edir ki, hökumətin tez-tez uzun məsafələrə səyahət edən sürücülərə yardımın genişləndirilməsi barədə bəyanatı yetərli deyil. Onların 62%-i isə hesab edir ki, Fransanın büdcə kəsirinə baxmayaraq, hökumət bu problemi həll etmək üçün daha çox vəsait ayırmalıdır.
Tahir TAĞIYEV